Spaç həbsxanası (alb. Burgu i Spaçit) — Albaniyanın kommunist rejimi boyunca xüsusi olaraq siyasi məhkumlar üçün istifadə edilmiş həbsxana idi. Spaç kəndində yerləşdiyi üçün belə adlandırılmışdır. Keçmiş həbsxana indi ikinci dərəcəli milli abidə kimi qorunur. Sürətlə körlanan bu obyekti muzeyə çevirmək planlaşdırılırdı, amma 2013-cü ilin fevral ayına olan vəziyyətə görə bu barədə hələ heç bir irəliləyiş əldə olunmayıb. 1973-cü ildə bir sıra məhbuslar üsyan qaldırdılar, onun gedişində kommunist bayrağı endirilmişdir. 1984-cü ildə analoji üsyan Qafë Bar həbsxanasında baş vermişdir.

2015-ci ildə Nyu York təşkilatı olan World Monument Fund həbsxananı "Dünyanın ən təhlükəli 50 abidəsi" siyahısına salmışdır."2016 World Monuments Watch" . Yoxlanılıb 13 mart 2016.

İstinadlar

Xarici keçidlər Spaç həbsxanası Youtube saytında Spaç keçmiş siyasi həbsxanasına Google Xəritədə bax Kateqoriya:Albaniya həbsxanaları Kateqoriya:1968-ci ildə yarananlar Kateqoriya:1991-ci ildə ləğv olunanlar Kateqoriya:Albaniyanın görməli yerləri Kateqoriya:Albaniya Xalq Sosialist Respublikası