Albert Aqarunov adına 154 nömrəli tam orta ümumtəhsil məktəbi və ya 2010-2021-ci illərdəki adı ilə Xabad-Or-Avner təhsil mərkəzi — Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və "Or-Avner" Fondu tərəfindən inşa edilmiş 450 yerlik təhsil mərkəzi.
Haqqında thumb|left|240px|"Xabad-Or-Avner" təhsil mərkəzinin binasının təməlqoyma mərasimi. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilib. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və "Or-Avner" Beynəlxalq Fondunun prezidenti Lev Levayev təhsil mərkəzinin açılışında iştirak ediblər.
Bakının Xətai rayonunda yerləşən üçmərtəbəli kompleks ən müasir tələblər səviyyəsində inşa olunmuşdur. Mərkəzdə müasir avadanlıq və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30 sinif otağı, 700 kvadratmetr sahədə süni örtüklü açıq stadion vardır.
450 yerlik mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır. Belə ki, mərkəz etno-mədəni komponentlidir.
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu 2016-cı il dekabrın 13-də Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində "Xabad-Or-Avner" təhsil mərkəzində olub.
Təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən "Xabad-Or-Avner" məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.
2022-ci ildə Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12" jurnalında açıqlanan statistikaya görə, 152 saylı tam orta məktəbin heç bir məzunu ali təhsil müəssisələrinə qəbul olunmayıb.
Həmçinin bax Azərbaycan yəhudiləri
İstinadlar
Xarici keçidlər 36px|link=YouTube Benyamin Netanyahunun 13 dekabr 2016-cı ildə "Xabad-Or-Avner" təhsil mərkəzini ziyarət etməsi.
Kateqoriya:Bakı məktəbləri Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:2010-cu ildə yarananlar Kateqoriya:Xabad məktəbləri Kateqoriya:1995-ci ildə yaradılmış təhsil müəssisələri Kateqoriya:Azərbaycan–İsrail münasibətləri