Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu — Azərbaycan Respublikasında dövlət büdcəsi gəlirləri əsasında mövcud olan fond.

Maliyyələşməsi Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının 2 iyul 2002-ci il tarixli, 358-IIQ nömrəli Qanunu. e-qanun.az .

İstiqaməti Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.

Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Məsələn, bu fondun vəsaitləri hesabına "Qızıl kitab"a adları yazılmış gənc istedadların hər biri üçün onlar 25 yaşına çatanadək 300 manat məbləğində xüsusi aylıq təqaüd təsis edilmişdir"Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1997-ci il tarixli, 662 nömrəli Sərəncamı. e-qanun.az .

Qadağa və məhdudiyyətlər Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.

Fondun vəsaitlərinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan fondları