Azərbaycan–Litva münasibətləri — Azərbaycan Respublikası ilə Litva Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi AXC dövrü thumb|Vintsas Kreve Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Pozenovskaya küçəsi 15 ünvanında Litvanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Vintsas Kreve-Mitskəviçyus rəhbərlik etmişdirXarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri . axc.preslib.az .

Sovet dövrü Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Diplomatik əlaqələr 1992-ci ilin oktyabrından 1995-ci ilin noyabr ayına qədər Litva dövlətində Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəliyi fəaliyyət göstərib və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev Səlahiyyətli nümayəndə olub. (Mənbə: "Dünya Azərbaycanlıları" Ensiklopediyası, I cild. Bakı, "Azərbaycan" nəşriyyatı, 2006-cı il, səh.320. Buraxılışa məsul şəxs - Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev).

İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin noyabr ayının 27-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 7 mart 1997-ci il tarixində "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Yusif Vəkilov olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu indiki adla 5 dekabr 2000-ci il tarixindən adlandırılmışdır"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Kamran Nəbizadə işçi qrupunun rəhbəridir.

Viza Litvaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün Şengen vizası tələb edilir"Passport and visa requirements" . olympicair.com. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir.

İqtisadi əlaqələr

Əmtəə dövriyyəsi (min doll.)

IlIxracIdxalÜmumi dövriyyəsi20141 00042 00043 000201531 20037 10068 30020163 10028 70031 80020172 30023 90026 200201819 50020 10039 60020202 366,2822 075,2024 441,48202113 904,0628 124,3242 028,3820226 507,2126 404,7732 911,98

İdman sahəsində əməkdaşlıq Futbol qarşılaşmaları

Həmçinin bax Avropa Birliyi–Azərbaycan əlaqələri

İstinadlar

Xarici keçidlər Azərbaycanin Litvadaki səfirliyi Rəsmi sayti Litvanin Azərbaycandaki səfirliyi Rəsmi sayti İkitərəfli münasibətlər