Naxçıvan-na-Donú (, ) — keçmişdə Don çayının sağ sahilində yerləşən, hazırda isə Proletarski rayonu adlanan keçmiş şəhər. Şəhər II Yekaterinanın əmri ilə Krımdan köçürülmüş ermənilər tərəfindən salınmışdır (14 noyabr, 1779). Şəhəri salan əsas şəxslərdən biri kimi knyaz İosif Aqrutinski idi. Onun şərəfinə hətta 1999-cu ildə Svoboda meydanında abidə ucaldılmışdır. 1928-ci ildə Naxçıvan-na-Donu şəhəri Rostov-na-Donu şəhərinə birləşdirilmiş və Proletarnı rayonu adlandırılmışdır.
Tarixi 280px|left Krımdan gəlmiş ermənilər 1779-cu ildə qaladan şərqdə Nor-Naxçıvan şəhərini salırlar. Şəhərin plan layihəsinin hazırlanmasında məşhur rus arxitektoru İvan Yeqoroviç Starov fəal iştirak etmişdir. 9 avqust 1797-ci ildə qala və Nor-Naxçıvan Novorossiysk quberniyası Rostov qəzasına daxil edilmişdir. Rostov-Naxçıvan arasındakı sərhəddə hazırda Teatralnaya rayonu yerləşir. 1838-ci ildə Nor-Naxçıvan Naxçıvan-na-Donu şəhəri adlandırılır.
Əhalisi left|thumb|Yaxt klub Əhalisi: 1896 il. 32 174 (kişi 15 572, qadın 16 602). Şəhərin köklü əhalisi 14 618 təşkil edirdi. Dini tərkibi:erməni-qriqoryan 18 895, provaslav 10 965, katolik 212, protestant 145, yəhudi 634, maqometan 225, digər dinlərin nümayəndəsi 588. Sosial tərkibi:dövlət xidmətçiləri 168, din xidmətçiləri 146, fəxri vətəndaş və tacirlər 892, hərbçilər 1896, kəndlilər 6435, digər məslək sahibləri 167.
Şəhərdə fəaliyyət göstərirdi: ictimai kitabxana, Şəhər teatrı, ermənilərə aid dini idarə, naxçıvan-bessarab erməni seminariyası, erməni uşaqları üçün kpllec, dramaturgiya incəsənətini sevənlər üçün cəmiyyət, "Popeçebiya" erməni qadınlar cəmiyyəti. Burada 6 erməni kilsə məktəbi fəaliyyət göstərirdi. Şəhərin gəlirləri:166 870 rubl, xərcləri — 142 465 rubl.
Şəhərdə olan mühüm obyektlər: şəhər xəstəxanası, 2 aptek; 2 yəhudi dua məktəbi, qızlar gimnaziyası, dördsinifli şəhər kolleci, yaxt klub.
Tanınmış sakinləri Moisey Serqeyeviç Acemov (1878–1950) — rus siyasətçisi, Konstitutsiya-Demokratiya partiyasının üzvü. Petrovı Qay Amatuni — sovet yazıçısı Sergey Teodorosoviç Qalacev (Sarkis Halacyan) (1902 — 1954)— sovet-erməni hərbi-siyasi xadimi, general-leytenant Mixael Nalbandiyan — erməni publisist və şair. İnqilabi demokrat, Rafael Patkanyan — yazıçı Martiros Sergeyeviç Saryan — rəssam Mark Vladimiroviç Qriqoryan — arxitektor Qeorqi Baronoviç Tusuzov — aktyor Marietta Şaqinyan — yazıçı Miron Merjanov — arxitektor Pavel Luspekaev — aktyor VI Georq (Çörəkçiyan) — bütün ermənilərin katolikosu (1945–1954) Aleksandr Fyodoroviç Myasnikov (Myasnikyan) — inqilabçı, dövlət xadimi Gevork Andreeviç Vartanyan — sovet kəşfiyyatçısı, Sovet İttifaqı qəhrəmanı.
Fotoqalereya
İstinadlar
Mənbə Краткая история донских армян. История Нахичевана Армяне на Дону Нахичевань-на-Дону 100 лет назад: статистические сведения о городе на 1904 год // Донской временник / Донская государственная публичная библиотека. Ростов-на-Дону, 1993–2014
Kateqoriya:Erməni diasporu Kateqoriya:Naxçıvan-na-Donu