İtqıran (Nor Aznaberd – ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin '' Məvaziyi-Xatun'' nahiyəsində Itqİran kimi qeyd olunmuşdurIravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.. 1728-ci ilə aid mənbədə '' Hüseyn vələdi Mövlud'' adlı şəxsə (mülkədara) aid kənd olduğu göstərilirBasbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.Kirzioqlu F. Kars talihi I c. Ankara 1953.. 1935-ci ildə kənd guya pis səsləndiyinə görə "Gülüstan" adlandırılmışdır.1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Rayon mərkəzindən 17 km cənub-qərbdə yerləşir.

Toponimi Toponimin birinci komponenti qıpçaqların Et tayfasının adından ibarətdir. 1185-ci ilə aid bir rus salnaməsində Cənubi Şərqi Avropa çöllərində poloveslərin (qıpçaqların) bir tayfasının adı Etebiçi ("Et''etnonimdən, ''oba''sözündən və rus dilində əlavə olünmuş ''içi'' pat-ronimik şəkilçisindən) kimi qeyd olunmuşdurA.I.Попов. Название народов СССР, Л., 1973, с.130. Bu tayfanın adı Etil (Et eli, yə’ni tayfası) kəndinin adında da (bax) əksini tapmışdır. 1588-ci ilə aid mənbədə Gəncə qəzasının ''Kürək aranı'' (yə'ni ''Kürəkçay sahilində qışlaq'') adlı yerdə Idlu (Etlu etnoniminin təhrif forması) adlı bir elin qışlaması qeyd olunur Kirzioqlu F. 1593 ylde Osmanli vilaget tahrir defterlerende Gence-Karabag sancak lari; “ulus” ve “oymakleri”. Sevic matbaasi. Ankara, 1979.. Mahmud Qaşqari oğuz tayfalarından danışdıqda It-Peçeneq tayfasının da adını çəkmişdir. Toponimin ''qİran'' komponenti isə türk dillərində kuren, kuran, '' hərbi düşərgə'', ''maldar elin müvəqqəti dayanacaq yeri''Мамедов С. Азербайджан по источникам ХV-первой половины ХVIII вв. Баку, 1993.Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984.sözündən ibarətdir (Bu söz barədə bax: Budaqov L.Z. II, 152; Radlov V.V. II, 2, 1455). XIII əsr müəllifi Rəşidəddin yazır ki, hər hansı bir maldar el bir yerdə dayandıqda ortada başçının (xanın) çadırı yerləşmək е'tibarilə alaçıqlardan dairəvi formada yaradılan dayanacaq kuran adlanır. Bir qayda olaraq hər kuran 1000 alaçıqdan ibarət olurduРашидад Дин. Сбориник летописей. Том I, кн. I, M., Л.,1952, с.18. Kuren, bir qayda olaraq qohum ailələr qrupunu birləşdirirdi və başında xan dururduС.П.Плетнева. Половцы. M-1990, с. 45. XII əsrə aid rus mənbəyində qıpçaqlarda Itoqlı xan adı da qeyd olunmuşdurС.П.Плетнева. Половцы. M-1990, с. 47.. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində It- Sırtı dağı, Itkolu çay adı, həmin əyalətin Qroznı dairəsində Et-KalaПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913., Azərbaycanda Yelizavetpol quberniyasında It-yan dağ adıКапанцян Гр. Хаяса-колыбел армян. Ереван, 1948., Tiflis quberniyasının Qori qəzasında Idlеti (Idli və gürcücə еti "yer" sözlərindən)Захарий Канакерци. Хроника. Пер. с арм. языка, М.Д.Дарбинян-Меликян. М., 1969., bə'zi rayonlarımızdakı Ətcələr (əsli Etcələr, yə'ni ''Еt tayfasından olanlar'') kənd adları və XIX əsrdə Quba qəzasında Etilər dağı, oronimi bu etnonimlə bağlıdır. Kəndin adı ''Еt tayfasının düşərgəsi'' mə'nasını verir. Toponim tarixi mənbələrində adı çəkilən itbarak tayfa adında228, s.16–18Кононов А.Н. Родословная туркмен. Сочинение Абул Гази хана Хивинского, М. Л., Издство АН СССР, 1958. s.43–45 öz əksini tapan və etnonimi kimi işlənən it və qədim türk dilində "kənd yaşayış yeri, meşədə yurd, dəyə, maldarların müvəqqəti dayanacaq yeri" mənasında işlənən kuren//kuran (>qıran) sözündənМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.317–318 əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gülüstan, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilib Nor Aznaberd qoyulmuşdur.

Əhalisi Kənddə 1831-ci ildə 157 nəfər, 1873-cü ildə 257 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 235 nəfər, 1904-cü ildə 490 nəfər, 1914-cü ildə 539 nəfər, 1916-cı ildə 442 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.90–91, 158–159. 1918-ci ildə kəndə erməni təcavüzünə məruz qalaraq qalmış və kənddə yaşayan azərbaycanlılar qırğınlarla qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz doğma yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 103 nəfər, 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 127 nəfər, 1939-cu ildə 202 nəfər, 1959-cu ildə 148 nəfər, 1979-cu ildə 253 nəfər yalnız azərbaycanlı yaşamışdırHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.910. 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən kəndin bütün sakinləri tarixi-etnik vətənlərindən deportasiya edilmişdir. İndi burada ermənilər yaşayır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri