Darren Aronofski (; ) — amerikan kinorejissor, ssenarist və prodüser.

Darren Aronofski (doğum tarixi 1969-cu il, 12 Fevral) Amerikalı kinorejissor, ssenari müəllifi prodüser və ətraf mühit üzrə aktivist kimi fəaliyyət göstərir. O, surreal movzulu filmləri ilə tamaşaçıların rəğbətini qazanıb və kinematoqraf Metyu Libatik, redaktor Endryü Veysblam və bəstəkar Klint Mansell ilə əməkdaşlıq etməsi ilə tanınır. Onun filmləri əksər hallarda mübahisələrə səbəb olmuş və adətən özündə şiddət ehtiva edən, kədər doğuran həzin mövzuları ilə məşhurdur. "1998-ci ildən 2014-cü ilə kimi Aronofskinin altı filminin mövzusu mükəmməlik axtarışı, xoşbəxtlik uğrunda axtarış, sevgi həsrəti, şohrətdən məst olmaq, yadlaşmanın iztirabı və məsuliyyətin ağırlığı kimi mövzuları əhatə edir."Skorin-Kapov, Jadranka (2015) Darren Aronofsky's Films and the Fragility of Hope , Bloomsbury Academic

Aronofski Harvard Universitetini film və sosial antropologiya ixtisası üzrə bitirib və Amerika Film Institutunun rejissorluq sahəsində təhsil alıb. Diplom işi olaraq çəkdiyi "Supermarketin təmizlənməsi" filmi Tələbələr arasında Oskar mükafatı finalisti olduqdan sonra da o, bir neçə film mükafatı qazandı. Aronofskinin debüt filmi olan və sürrealist psixoloji triller janrlı "Pi" 1997-ci ilin Noyabr ayında çəkilib. Cəmi 60 000 dollarlıq məhdud büdcə ilə çəkilən və baş rolda Şon Qulletin çəkildiyi film Artisan Entertainment şirkətinə 1 milyon dollara satılır və 3 milyon dollardan çox gəlir əldə edir; Film Aronofskiyə 1998-ci ildə Sundance Film Festivalında ən yaxşı rejissor və ən yaxşı orijinal ssenariyə görə İndependent Spirit mükafatını qazandırır.

Aronofskinin növbəti, psixoloji mövzuda çəkilmiş "Requiem for a dream" filmi Hyubert Selbinin eyniadlı romanı əsasında çəkilmişdi. Film müsbət rəylər aldı və Ellen Börstin filmdəki çıxışına görə Oskar mükafatına namizəd göstərildi. II Dünya müharibəsindən bəhs edən qorxu filmi "Aşağıda"nın ssenarisini yazdıqdan sonra, Aronofski sayca üçüncü, romantik elmi- fantastik janrda olan "Fəvvarə" filminin çəkilişinə başladı. Filmlə bağlı qarışıq resenziyalar dərc edildi və o, kinoteatr kassalarında istənilən uğur əldə etməsə də, o zamandan bəri kult filmlər siyahısındadır.

İdman mövzusunda çəkilən dördüncü filmi "Güləşçi" tənqidçilər tərəfindən yüksək qiymətləndirildi və filmin ulduzları Miki Rurk və Marisa Tomey Oskar mükafatına namizəd göstərildilər. 2010-cu ildə Aronofski "Döyüşçü" filminin icraçı prodüseri oldu və onun beşinci bədii, psixoloji qorxu filmi "Qara qu quşu"daha çox tənqidçi rəğbəti qazandı ; ən yaxşı ekran əsəri və ən yaxşı rejissor nominasiyalarında Oskar mükafatına namizəd göstərildi, Natali Portman isə filmdəki roluna görə ən yaxşı Aktrisa nominasiyasında qalib gəldi. Aronofski Qızıl Qlobus mükafatlandırma mərasimində ən yaxşı rejissor və Amerika Rejissorlar Gildiyasının mükafatı nominasiyasına namizəd göstərilib. Onun Bibliyadan ilhamlanaraq ərsəyə gətirdiyi altıncı film "Nuh" 28 mart 2014-cü il kinoteatrlarda nümayişə çıxarılıb.

Erkən həyatı və təhsili Aronofski 1969-cu ildə, Nyu York, Bruklin şəhərində orta məktəb müəllimləri Şarlot və Abraham Aronofskilərin ailəsində anadan olub. Manhattan Biçin qonşuluğunda böyüyən Darren, Edward R. Murrow Litseyindən məzun olub. Orta məktəb dövründən peşəkar balet məktəbinə gedən Patti adlı bir bacısı var. Valideynlərinin onu tez-tez Brodvey teatr tamaşalarını seyr etməyə aparması balaca Darrendə şou-biznesə qarşı maraq yaratdı. Undated; updated version of story from The Star, 1998, n.d.

Gənc ikən o, 1985-ci ildə Keniyada Ətraf mühit üzrə araşdırmalar məktəbində, 1986-cı ildə Alyaskada bioloq kimi təlim gördü."Alumni: Darren Aronofsky" , The School for Field Studies (official site), 2009–12-22 Dırnaqlılar haqqında öyrənmək marağında olduğundan o, Keniyadakı məktəbə yazılmışdı. Sonralar o, demişdi: "Ətraf mühit üzrə araşdırmalar məktəbi dünyanı qavrama tərzimi dəyişdi". Aronofskinin ətraf mühitə olan marağı onun öz yolunu Avropa və Yaxın Şərqə salmasına gətirib çıxardı. 1987-ci ildə o, Harvard Universitetinə daxil oldu və burada sosial antropologiya ixtisası üzrə, kino istehsalı ixtisasına yiyələndi, 1991-ci ildə Universiteti bitirdi.

Hələ Harvardda təhsil alarkən sənətə yeni başlayan animator Den Şrekerlə dostlaşdıqdan sonra o, kino sahəsinə ciddi maraq göstərməyə başladı. Aronofski sonradan ilk filmi "Pi"nin əsas ulduzu olacaq Şon Qullet ilə də məhz Harvard universitetində tanış oldu. Kinematoqrafiya sahəsində təsirləndiyi şəxslər Akira Kurosava, Roman Polanski, Terri Gilyam, Şinya Tsukamoto, Hyubert Selbi, Spayk Li, və Cim Carmuş olub.

Aronofskinin əsas diplom işi olaraq təqdim etdiyi "Supermarketin təmizlənməsi" film 1991-ci ildə Tələbə Akademiyası Mükafatlarında finalçı oldu. Aronofski Amerika Film İnstitutunun film rejissorluğu üzrə magistr dərəcəsini 1992-ci ildə aldı; onun sinif yoldaşları arasında Todd Fild, Daq Ellin, Skott Silver və Mark Voters də var idi."Darren Aronofsky: 10 things you need to know about the Oscar-nominated director", Mirror.co.uk, 2011–02-25Kay, Jeremy. "Mark Waters to receive AFI's Franklin J Schaffner Alumni Medal" , ScreenDaily.com, 2008–06-09 O, institutun Frenklin C. Şaffner məzun medalını da qazandı.

Karyerası

Erkən işləri Aronofskinin debüt filmi "Pi" (həmçinin π adı ilə də tanınır) 1997-ci ilin Noyabrında çəkilib. Film bütünlüklə onun ailə üzvləri və dostlarının hər birinin 100 dollar ianəsi hesabına maliyyələşdirilırək ərsəyə gəldi. Əvəzində, Aronofski film qazanc gətirərsə onların hər birinə 150 dollar ödəyəcəyinə vəd verdi, əksinə film heç bir gəlir gətirməyəcəyi təqdirdə isə ən azından filmin istehsalına onların yardım etdikləri qeyd olunmuşdu. Gənc ikən İsrailə səfəri zamanı o, pravoslav Yeşivasında bir neçə gün keçirmişdi, bu təcrübə sonradan onun çəkəcəyi filmin müjdəçisi oldu. Ilkin olaraq 60 000 dollarlıq büdcə ilə film hazırlayan Aronofski Pi`nin premyerasını 1998 Sundance Film Festivalında etdi və burada ən yaxşı rejissor mükafatını qazandı. Film özü isə xüsusi münsif mükafatına namizəd oldu. Artisan Entertainment $ 1 milyon ödəyərək filmin yayım hüquqlarını əldə etdi. Tənqidçilərdən müsbət rəylər alan filmin elə həmin il ictimai nümayişi keçirildi və o, $ 3.221.152 dollar gəlir əldə etdi.

Aronofski debüt filminin ardınca Hyubert Selbinin eyni adlı romanı əsasında "Requiem for a Dream" filminin rejissorluğunu etdi. Ona $ 50,000 dollar ödənilmişdi və əvvəlki filmindəki kimi demək olar ki, eyni çəkiliş komandası ilə üç il birlikdə işlədi. "Pi" filminin maliyyə uğurunun ardınca, onun artıq Ellen Börstin və Cared Leto kimi ulduzlarla işləmək imkanı vardı və filmin istehsalı üçün ona 3,500,000 dollarlıq büdcə ayrılmışdı. Filmin ərsəyə gəlməsi bir il müddətində davam etdi; 2000-ci ilin Oktyabr ayında nümayişə çıxarılan film bütün dünyada $ 7.390.108 gəlir gətirdi. Aronofski özünəməxsus rejissorluq üslubuna görə rəğbət qazandı və bu dəfə Independent Spirit mükafatlarında ən yaxşı rejissor mükafatına namizəd liyi irəli sürüldü. Film özlüyündə isə ümumilikdə beş nominasiyada mükafata namizəd göstərildi ki, bunlardan ikisi üzrə — ən yaxşı qadın aktrisa və ən yaxşı kinematoqraf işi nominasayalarında qalib gəldi. Klint Manselin film üçün yazdığı musiqi də publika tərəfindən müsbət qarşılandı, ilk dəfə əməkdaşlıq etməyə başladıqları 1996-cı ildən bəri Klint Mansell Aronofskinin bütün filmlərinə musiqi bəstələyib.Bray, Elisa (January 28, 2011) Duo Darren Aronofsky and Clint Mansell score on pointes The Independent Retrieved 2011–01-31 Ellen Börstin ən yaxşı qadın aktrisa rolu üzrə Oskar mükafatı da daxil olmaqla, çoxsaylı nominasiyalara namizəd göstərildi və nəhayət Independent Spirit mükafatını qazandı. Filmin narkotiklərdən sui-istifadəsini təsvir etdiyi üçün Narkomaniyaya qarşı Dövlət İnstitutu Aronofskini Robert Vud Conson Fondunun PRISM mükafatı ilə təltif etdi.

2001-ci ilin Aprel ayında Aronofski Warner Bros və Village Roadshow şirkəti ilə baş rolda Brad Pittin çəkiləcəyi və o zaman hələ adı seçilməmiş elmi-fantastika janrıda filmin rejissorluğunu etmək üçün danışıqlar aparmağa başladı. 2001-ci ilin Iyun ayında ildə aktrisa Keyt Blanşetlə filmin aktyor heyətinə daxil olmaq üçün danışıqlara başlandı. Filmin adının gizli qalmasını istəyən Aronofski, ona müvəqqəti olaraq "Sonuncu adam" adını vermişdi. Filmin istehsalı hamilə Blanşetin 2001-ci ilin Dekabr ayında dünyaya uşaq gətirməsi səbəbindən təxirə salındı. Nəticədə filmin istehsalının 2002-ci il Oktyabrın sonlari Kuinslend və Sidneydə başlanılmasına qərar verildi. Artıq rəsmi olaraq "Fəvvarə" adlanan filmin büdcəsi $ 70 milyon təşkil edirdi və Village Roadshow`nun layihəni tərk etməsindən sonra onun yerinə daxil olan New Regency və Warner Bros tərəfindən birgə maliyyələşdirilirdi. Pitt filmin ilk çəkiliş günündən düz yeddi həftə əvvəl layihəni tərk etdi və beləliklə də filmin çəkilişi dayandı. 2004-cü ilin Fevral ayında Warner Bros. şirkəti baş rola Hyu Cekmeni dəvət edərək, layihəyə $ 35 milyonluq büdcə ilə yenidən start verdi. Avqust ayında aktrisa Reyçel Vays Blanşettin boş qalmış yerinə gəldi. "Fəvvarə" filmi 22 noyabr 2006-cı ildə Şükran bayramından bir gün əvvəl Amerikada nümayiş edildi və dünya kinoteatrlarında $ 15.978.422 gəlir əldə etdi. Auditoriya və tənqidçilər filmə reaksiyaları baxımından fərqli qütblərdə yer aldılar. Audiences and critics were divided in their responses to it.

Nailiyyətləri "Güləşçi" filmini çəkmək fikri Aronofskinin planında on ildən çox idi ki vardı. İdeyalarını ssenari şəklində yazmaq üçün o, Robert D. Siqllə işləməyə başladı. 2007-ci ilin Oktyabr ayında filmin baş qəhrəmanı Rendi rolunda çəkilməsi üçün aktyor Nikolas Keyclə danışıqlara başlanıldı. Bir ay sonra Keyc layihəni tərk etdi və Miki Rurk baş rolda onu əvəz etdi. Təxminən 40 günlük çəkilişlər 2008-ci ilin Yanvar ayında başladı.

"Güləşçi"nin premyerası 65-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutdu. Əvvəlcə heç kimin diqqətini cəlb etməyən film daha sonra dünyanın ən nüfuzlu film festivalıının ən yüksək — Qızıl Şir mükafatına layiq görüldü. "Güləşçi" tənqidçilərin böyük rəğbətini qazandı və həm Rurk, həm də onun tərəf müqabili Marisa Tomey filmdəki oyunlarına görə Oskar mükafatı, Qızıl Qlobus, Kinoaktyorlar Gildiyasının və BAFTA nominasiyalarına namizəd göstərildilər. Rurk filmdəki roluna, Bryus Sprinqstin isə film üçün yazdığı orijinal mahnıya görə Qızıl Qlobus mükafatını qazandılar. $ 6,000,000 büdcə ilə çəkilən "Güləşçi" filmi dünya üzrə $ 44.674.354 gəlir əldə edərək o zamankı göstəricilərə görə Aronofskinin ən çox gəlir gətirən filmi oldu.

Aronofskinin növbəti filmi hələ 2001-ci ildən bəri layihə halında olan psixoloji triller "Qara qu quşu" Nyu York Sitidə yaşayan balerinadan bəhs edirdi."Direct Effect Season 1, Episode 7 Darren Aronofsky of BLACK SWAN". Fox Movie Channel Originals. TV Guide. 2011–10-11. Filmin baş rolunda Aronofski ilə hələ 2000-ci ildən tanış olan aktrisa Natali Portman çəkilib. 2009-cu ildə filmin heyətinə daxil olan Mila Kunislə Aronofskini o tanış etmişdi. "Qara qu quşu" filminin dünya premyerası 2010-cu ilin Oktyabr ayında 67-ci Venesiya Film Festivalının açılış filmi olaraq baş tutdu. Film ayaq üstə alqışlandı və Variety jurnalı onun "son illərdə Venesiya Film Festivalı tarixinin ən güclü açılış filmlərindən biri" olduğunu qeyd etdi.