Qoyas () — Ştat Braziliyanın Mərkəz-qərb regionuna daxildir. Ştat Tokantins, Matu-Qrosu, Matu-Qrosu-du-Sul, Baiya və Minas-Jerays ilə sərhədə malikdir. 2010-cu il məlumatına görə Qoyas ərazisində 6 003 788 nəfər yaşayır. Ərazisi 340 103 km² təşkil edir.

Ştatın inzibati mərkəzi Qoyaniya şəhəridirQoyaniya aqlomerasiyasında ümumilikdə 2 mln insan yaşayır

Coğrafiya Ərazisi savannadır. Şimal-şərqində Şapada-dus-Veadeyrus Milli Parkı yerləşir. Ərazisindən Tokantins, Paranaiba çayı və Parana çayı axır.

Apanpolis şəhərində Braziliya HHQ aid baza yerləşir.

Tarixi 1727-ci ildə Bartolomeu Bueno da Silvera bölgədə qızıl aşkarlaylr. Sonradan yerli əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı olmuşdur. . Ştatın paetaxtı 1935-ci ildə salınmışdır. 1956-cı ildən ştatın qərbində Brazilia şəhərinin tikintisinə başlanmışdır. Sonradan şəhər paytaxt statusu alaraq Federal dairəyə çevrilir. 5 oktyabr 1988 ildə ştatın şimalında Tokantins ştatı yaradılmışdır.

İnzibati bölgü Ştat 5 mezoregion (Mərkəzi Qoyas, Şərqi Qoyas, Şimal-şərqi Qoyas, Şimali Qoyas, Cənubi Qoyas), 18 mikroregiona bölünür.

İqtisadiyyat Ştat iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Heyvandarlığın həcminə görə Braziliyada ikincidir.

Həmçinin bax Çapada dos Veadeyros Milli Park

İstinadlar

Mənbə Qoyas Ştatı Qoyas Ştatı

Kateqoriya:Qoyas