Vaxtanq Mixayloviç Çabukiani (; 12 mart 1910 — 6 aprel 1992) — gürcü balet artisti, baletmeyster və pedaqoqu. SSRİ xalq artisti (1950).

Həyatı Vaxtanq Çabukiani 12 mart 1910-cu ildə Tbilisidə anadan olub. Tbilisidə balet studiyasını bitirdikdən sonra Z.P. Paliaşvili adına Opera və Balet teatrının truppasına qəbul edilmişdir. 1926-cı ildə Leninqrad xareoqrafiya məktəbinə daxil olmuşdur. 1929 — 1941-ci illərdə Leninqrad Opera və Balet Teatrının solisti işləmişdir. Vaxtanq Çabukiani "Dağların qəlbi" (1938), "Laurensiya" (1939), "Otello" (1960) baletlərinə quruluş vermişdir. 1941-ci ildən Tbilisidə yaşamış, 1973-cü ilədək Z.P.Paliaşvili adına teatrın balet truppasına rəhbərlik etmiş, burada "Sinatle" (Q. Kiladze), "Qorda" (D. Toradze), "Demon" (S. Sinsadze), "Otello" (A.Maçavariani) və s. baletləri tamaşaya qoymuşdur. Otello partiyasının ifası ona böyük şöhrət qazandırmışdır və 1950-ci ildə SSRİ xalq artisti adı almışdır. "Gürcü baleti ustaları" (1955) və "Otello" (film, 1961) filmlərinin ssenari müəllifi və quruluşçu rejissorudur. ABŞ, İtaliya, Latın Amerikası və s. yerlərdə qastrolda olmuşdur. Yaponiya, İran və Macarıstanda baletləri tamaşaya qoyulmuşdur.

Mükafatları SSRİ xalq artisti (1950) Sosialist Əməyi Qəhrəmanı (1990) "Lenin" ordeni (1946, 1950, 1958, 1990) Qırmızı Əmək Bayrağı ordeni (1939) "Şərəf nişanı" ordeni (1937) Lenin mükafatı (1958) Stalin mükafatı (1941, 1948, 1951). "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Ədəbiyyat Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh. 419 Кригер Б. Вахтанг Чабукиани. Л.—М., 1960

İstinadlar

Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ xoreoqrafları Kateqoriya:Rusiya balet artistləri Kateqoriya:Rusiya balet artistləri Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları