Bağır Ələkbər oğlu Süleymanov () — Azərbaycan neftçi-alimi, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
Həyatı Süleymanov Bağir Ələkbər oğlu 22 iyun 1959-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qazneftmədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
B. Süleymanov 1987-ci ildə texnika elmləri namizədi, 1997-ci ildə texnika üzrə elmləri doktoru elmi dərəcələrini, 2011-ci ildə ixtisas üzrə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın Yer Elmləri bölməsinin "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir. Akademik Azad Mirzəcanzadənin elmi məktəbinin yetirməsidir.
B. Süleymanov əmək fəaliyyətinə N. Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində başlayaraq 1981–1985-ci illərdə neft və qaz hasilatı üzrə operator, mühəndis vəzifələrində işləmişdir. 1985–1988-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Neft yataqlarının işlənməsi və istismarı" kafedrasında assistent, 1988–2000-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Neft və qazın qeyri-xətti mexanikası" şöbəsində böyük, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır. 2000-ci ildən başlayaraq SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda neft və qaz hasilatı sahəsində elmi işlər üzrə direktor müavini, direktor əvəzi, direktorun elm işləri üzrə müavini vəzifələrində çalışmış, hal-hazırda isə neft və qaz hasilatı üzrə direktor müavinidir.
B. Süleymanovun elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsində heterogen sistemlərin tətbiqinin elmi və təcrübi əsaslarının yaradılması, neft hasilatı üçün yeni texnika, texnologiyaların və kimyavi tərkiblərin işlənib hazırlanması təşkil edir.
B. Süleymanov 321 elmi əsərin, o cümlədən 118 ixtiranın, 2 monoqrafiyanın və 4 dərsliyin müəllifidir.
B. Süleymanov 25 fəlsəfə və 6 elmlər doktoru hazırlamışdır.
6 yanvar 2025-ci ildə vəfat edib.
Ailəsi Atası — texnika elmləri doktoru, professor, fəxri neftçi, Dövlət mükafatları laureatı Ələkbər Bağır oğlu SüleymanovAzərbaycan Sovet Ensiklopediyası — IX Cild (S, T, U, Ü, F). -səh.100. Anası — ədliyyə generalı Şəfiqə Dadaş qızı Əliyeva.
Elmi fəaliyyəti Neft yataqlarının işlənməsində heterogen sistemlərin qeyri-bircinsli məsaməli mühitlərdə süzülməsinin fiziki və riyazi modelləşdirilməsi əsasında, layların neftveriminin artırılması, quyudibi zonanın işlənməsi və su axınlarının təcrid olunmasının yeni texnologiyaları yaradılmış və uğurla tətbiq olunmuşdur; Qeyri-bircins laylarda qeyri-Nyuton mayelərinin axını zamanı S-vari filtrasiya qanununun mövcudluğu təyin edilmiş, təcrübi və nəzəri cəhətdən əsaslandırılmışdır; Qazlı Nyuton, qeyri-Nyuton mayelərin və qazın təzyiqin böhrana qədər faza şəraitində stasionar və qeyri-stasionar süzülməsi hərtərəfli öyrənilməsi nəticəsində tətqiq edilən sistemlərin məsaməli mühitdə sürüşmə effektinə əsaslanan süzülməsi nəzəriyyəsi işlənmişdir; Neft yataqlarının işlənməsinin statistik modelləşdirilməsi nəticəsində işlənmə prosesinin mərhələlərə bölünməsinin, maksimal hasilatın və çıxarıla bilən ehtiyatların təyini metodikası işlənmişdir; Fraktal, multifraktal ölçülərin və Fişer-Şenon göstəricilərinin istifadəsi əsasında neft yataqlarının işlənməsinin analizinin yeni üsulları işlənmiş və tətbiq edilmişdir; Riyazi modelləşdirmə əsasında müxtəlif geoloji-texniki tədbirlərin tətbiqi üçün namizəd quyuların seçilməsi üsulları işlənmişdir; Neft hasilatı quyularında müxtəlif texnoloji proseslərin modelləşdirilməsi nəticəsində yeni tipli quyu avadanlığı – dalma nasosları, yeraltı təmiri avadanlığı, quma qarşı süzgəclər və s., işlənmiş və uğurla tətbiq edilmişdir; Neft sənayesi üçün müxtəlif reagentlər – deemulqatorlar, depresatorlar, səthi aktiv maddələr və s. işlənmiş və uğurla tətbiq olunmuşdur.
Elmi nailiyyətləri ABŞ-nin Stenford Universiteti tərəfindən dərc edilən World Ranking of Top Scientists dünyanın ən nüfuzlu alimlərin reytinq siyahısına daxil edilmişdir; Elmi əsərlərinə verilən istinadlara görə h-indeksi – 31, i10-indeksi – 72; Ümumilikdə işlənmiş texnika və texnologiyaların tətbiqi nəticəsində əlavə olaraq 500 min tondan artıq neft və qaz (neft ekvivalentində) hasil olunmuşdur.
Elmi və mühəndisi qurumlarda üzvlüyü AMEA-nın müxbir üzvü; Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü; Rusiya Təbiət Elmləri Akademiyasının "Neft və qaz" bölməsi üzrə xarici üzvü; SOCAR-ın neft və qaz ehtiyatları üzrə mərkəzi komissiyasının üzvü; SOCAR-ın neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi üzrə mərkəzi komissiyasının üzvü; "Neftqazelmitədqiqatlayihə" İnstitutunun Elmi şurasının sədr müavini; "Neftqazelmitədqiqatlayihə" İnstitutunun Elmi şurasının "Neft-qaz yataqlarının işlənməsi, istismarı və quyuların qazılması" bölməsinin sədri; AMEA-nın "Neft və Qaz" İnstitutunun Elmi şurasının üzvü; Society of Petroleum Engineers üzvü.
Elmi-texniki nəşrlərdə fəaliyyəti Scientific Petroleum jurnalının baş redaktoru; SOCAR Proceedings jurnalının baş redaktoru; "ANAS Transactions. Earth Sciences" (AMEA-nın Xəbərləri, Yer elmləri) jurnalının baş redaktorunun müavini; "Azərbaycan Neft Təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü; "Территория Нефтегаз" (Rusiya) Elmi-praktiki jurnalının redaksiya heyətinin üzvü; "Вести газовой науки" (Rusiya) elmi-texniki toplusunun redaksiya heyətinin üzvü; "Вестник Российской академии естественных наук" (Rusiya) jurnalının redaksiya heyətinin üzvü; Journal of Petroleum Science & Engineering; Results in Engineering; Petroleum Science & Technology; International Journal of Oil, Gas and Coal Technology; Physics of Fluids; Industrial & Engineering Chemistry Research Journal; Energy & Fuels; Fuels; Colloids and Surfaces A: Physicochemical and Engineering Aspects Journal; Journal of the Chemical Society of Pakistan; RSC Advances; Journal of Molecular Liquids; Heliyon; ACS Omega; Коллоидный журнал (Colloid Journal) jurnalların rəyçi ekspertidir.
Təltif və mükafatları 2024 — Əsərlərinə ən çox istinad edilməsində fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının "İstinadda Rekord" diplomu; 2020 — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020) yubiley medalı; 2019 — SOCAR-ın "Fəxri neftçi" döş nişanı; 2018 — Akademik Azad Mirzəcanzadənin beynəlxalq gümüş medalı; 2018 — İxtiraçılıq sahəsində beşinci Respublika müsabiqəsinin qalibi; 2017 — İxtiraçılıq sahəsində dördüncü Respublika müsabiqəsinin qalibi; 2017 — İvano-Frankovsk Neft və Qaz Milli Texniki Universitetinin qarşısında xidmətlərə görə medalı; 2016 — İxtiraçılıq sahəsində üçüncü Respublika müsabiqəsinin qalibi; 2016 — Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı; 2013 —İxtiraçılıq sahəsində birinci Respublika müsabiqəsinin qalibi; 2009 — Azərbaycan Respublikasının Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri Fərmanı; 2004 — Azərbaycan Respublikasının Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri Fərmanı; 1985 — "SSRİ ixtiraçısı" döş nişanı.
Seçilmiş elmi əsərləri
Kitablar B. A. Suleimanov, E. F. Veliyev, A. A. Aliyev. Oil and gas well cementing for engineers. — UK: John Wiley & Sons Ltd., 2023. — 272p. ISBN 978-1-394-16485-1; Baghir A. Suleimanov, Elchin F. Veliyev, Vladimir Vishnyakov. Nanocolloids for petroleum engineering: Fundamentals and practices // UK, John Wiley & Sons Ltd. — 2022, 288p. Print ISBN 978-1-119-88959-5, Online ISBN 978-1-119-88976-2; Сулейманов Б. А., Велиев Э. Ф., Шовгенов А. Д. Теоретические и практические основы цементирования скважин. Серия: Современные нефтегазовые технологии // Москва-Ижевск, Институт компьютерных исследований — 2022, 292c. ISBN 978-5-4344-0957-5; Сулейманов Б. А. Теория и практика увеличения нефтеотдачи пластов. Серия: Современные нефтегазовые технологии // Москва-Ижевск, Институт компьютерных исследований — 2022, 286с. ISBN 978-5-4344-0952-0; Vladimir Vishnyakov, Baghir Suleimanov, Ahmad Salmanov, Eldar Zeynalov. Primer on enhanced oil recovery. 1st Edition // Gulf Professional Publishing, Elsevier Inc. — 2019, 223 p. Paperback ISBN 978-0-12-817632-0, eBook ISBN 978-0-12-817633-7; Сулейманов Б. А. Особенности фильтрации гетерогенных систем. Серия: Современные нефтегазовые технологии // Москва-Ижевск, Институт компьютерных исследований — 2006, 356 c. ISBN 5-93972-592-9.
Məqalələr Suleimanov B. A., Abbasov H. F. Gasified acid solution in pre-transition state for well stimulation // Journal of Dispersion Science and Technology. — Received 21 Aug 2024, Accepted 26 Dec 2024, Published online: 10 Jan 2025. — doi: 10.1080/01932691.2024.2448758; Suleimanov B. A., Abbasov E. M. Predıctıng of water breakthrough tıme ınto the well on pressure buıld-up curves // Applied and Computational Mathematics. — 2024. — Vol.23, N. 2. — P. 219–227. — doi: 10.30546/1683–6154.23.2.2024.219; Suleimanov B. A., Feyzullayev Kh. A. Simulation study of water shut-off treatment for heterogeneous layered oil reservoirs // Journal of Dispersion Science and Technology. — 2024. — P. 1–11. — doi: 10.1080/01932691.2024.2338361; Suleimanov B. A., Abbasov H. F. Wettability alteration of quartz sand using Z-type Langmuir–Blodgett hydrophobic films // Physics of Fluids. — 2024. — Vol. 36. — P. 034118. — doi: 10.1063/5.0196917; Baghir A. Suleimanov, Sabina J. Rzayeva, Aygun F. Akberova and Ulviyya T. Akhmedova. Self-foamed biosystem for deep reservoir conformance control // Petroleum Science and Technology, 2022, Vol. 40, No. 20, 2450–2467; B. A. Suleimanov, S. J. Rzayeva and U. T. Akhmedova. Self-gasified biosystems for enhanced oil recovery // International Journal of Modern Physics B, 2021, Vol. 35, No. 27, 2150274; B. A. Suleimanov, E. F. Veliyev and N. V. Naghiyeva. Colloidal dispersion gels for in-depth permeability modification // Modern Physics Letters B, 2021, Vol. 35, No. 1, 2150038; Baghir A. Suleimanov, Elchin F. Veliyev, Aliyev A. Azizagha. Colloidal dispersion nanogels for in-situ fluid diversion // Journal of Petroleum Science and Engineering, 2020, Vol. 193, No. 10, 107411; Rayyat Huseyn Ismayilov, Fuad Famil Valiyev, Nizami Vali Israfilov, Wen-Zhen Wang, Gene-Hsiang Lee, Shie-Ming Peng, Baghir A. Suleimanov. Long chain defective metal string complex with modulated oligo-α-pyridylamino ligand: Synthesis, crystal structure and properties // Journal of Molecular Structure, 2020, Vol. 1200, 126998; Baghir A. Suleimanov, Khasay A. Feyzullayev, Elhan M. Abbasov. Numerical simulation of water shut-off performance for heterogeneous composite oil reservoirs // Applied and Computational Mathematics, 2019, Vol. 18, No. 3, 261–271; Сулейманов Б. А., Гусейнова Н. И. Анализ состояния разработки месторождения на основе информационных показателей Фишера и Шеннона // Автоматика и телемеханика, 2019, № 5, 118–135; Baghir A. Suleimanov, Hakim F. Abbasov, Fuad F. Valiyev, Rayyat H. Ismayilov, Shie-Ming Peng. Thermal-conductivity enhancement of microfluids with Ni3(µ3-ppza)4Cl2 metal string complex particles // ASME. Journal of Heat Transfer, 2019, Vol. 141, 012404; Baghir A. Suleimanov, Arif A. Suleymanov, Elkhan M. Abbasov, Erlan T. Baspayev. A mechanism for generating the gas slippage effect near the dewpoint pressure in a porous media gas condensate flow // Journal of Natural Gas Science and Engineering, 2018, Vol. 53, 237–248; Baghir A. Suleimanov, Yashar A. Latifov, Elchin F. Veliyev, Harry Frampton. Comparative analysis of the EOR mechanisms by using low salinity and low hardness alkaline water // Journal of Petroleum Science and Engineering, 2018, Vol. 162, 35–43; Baghir A. Suleimanov, Elchin F. Veliyev. Novel polymeric nanogel as diversion agent for enhanced oil recovery // Petroleum Science and Technology, 2017, Vol. 35, No. 4, 319–326;