Molla Abdulla Molla Xəlil oğlu Qazızadə (1854-?) — İrəvan quberniya ruhani məclisinin rəisi, qazı.
Həyatı Abdulla Xəlil qazı oğlu 1854-cü ildə İrəvan şəhərində anadan olmuşdu. İbtidai təhsilini atası Molla Xəlil qazı Qazızadədən almışdı. Bir müddət mədrəsədə oxumuşdu. Müqəddəs Nəcəf şəhərinə yollanmış, dini hövzədə ali təhsilə yiyələnmişdi. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərini əxz etmişdi.
Molla Abdulla Qazızadə Qazızadə Zaqafqaziya ruhani idarəsində imtahan vermiş, axund ünvanı almışdı.
Molla Abdulla Qazızadə uzun müddət İrəvan quberniya ruhani məclisinin üzvü olmuşdu.
Molla Abdulla Qazızadə 1910-cu ildən ruhani məclisinin sərdi olmuşdu.
Ailəsi
Mənbə Ənvər Çingizoğlu, İrəvan Quberniya Ruhani Məclisi və məşhur din xadimləri, "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh.23–32.
Həmçinin bax İrəvan quberniyası İrəvan Quberniya Ruhani Məclisi
İstinadlar
Kateqoriya:İrəvanda doğulanlar Kateqoriya:İrəvanda vəfat edənlər Kateqoriya:Müsəlman din adamları Kateqoriya:Axundlar Kateqoriya:Qazıyevlər (Axund Xəlil)