Double Fantasy () — 1980-ci ildə Con Lennon və Yoko Ono tərəfindən buraxılmış albom. Bu Lennonun həyatı ərzində buraxmış olduğu yeddinci və sonuncu studiya albomudur.
İlk həftələr albom o qədər də uğurlu qəbul olunmayıb,Seaman, Last Days of John Lennon, Birch Lane ISBN 1-55972-084-0Coleman, John Ono Lennon, Sidgwick & Jackson ISBN 0-283-99082-1 ancaq albomun buraxılmasından üç həftə sonra Con Lennonun qətli alboma olan marağı artırıb, albomun satışları sürətlə artmağa başlayıb və kommersiya baxımından uğurlu olub. Albom 1982-ci ildə 24-cü Qremmi mükafatının təqdimetmə mərasimində ilin albomu nominasiyasında qalib olub.
Con Lennonun bu albomun Mark Çepmen üçün imzaladığı nüsxəsi 2003-cü ildə 525 min ABŞ dollarına satışa çıxarılıb. 2010-cu ildə o yenidən satışa çıxarılıb. Bəzi məlumatlara görə 2011-ci ilin aprelində 530 min funta satılıb.«Альбом ушел за полмиллиона» — газета «Новый Взгляд» — № 04, 7 aprel 2011-ci il
Mahnı siyahısı Birinci üz "(Just Like) Starting Over" (Con Lennon) – 3:56 "Kiss Kiss Kiss" (Yoko Ono) – 2:41 "Cleanup Time" (Lennon) – 2:58 "Give Me Something" (Ono) – 1:35 "I'm Losing You" (Lennon) – 3:57 "I'm Moving On" (Ono) – 2:20 "Beautiful Boy (Darling Boy)" (Lennon) – 4:02
İkinci üz "Watching the Wheels" (Lennon) – 3:35 "Yes, I'm Your Angel" (Ono) – 3:08 "Woman" (Lennon) – 3:32 "Beautiful Boys" (Ono) – 2:55 "Dear Yoko" (Lennon) – 2:34 "Every Man Has a Woman Who Loves Him" (Ono) – 4:02 "Hard Times Are Over" (Ono) – 3:20
İstinadlar
Kateqoriya:Con Lennon albomları Kateqoriya:Yoko Ono albomları Kateqoriya:1980-ci ilin musiqi albomları