Ciğdamlı, Ciğdəmli, Azatavan () — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.

Tarixi Kəndin başqa adı «Cilçay»dırİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.99. Erməni mənbələrində kəndin adı ÇidəmliQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.50, Cidamlı, CifdamlıHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.41 formalarında da göstərilir. Rayon mərkəzindən 5 km şimal-şərqdə yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə Ciğdəmli, Qafqazın 5 verstlik xəritəsində Ciğdamlı formasındaПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.284 qeyd edilmişdir.

Toponim qədim türk dilində «həsir toxunmasında istifadə olunan parlaq gözəl çay bitkisi» mənasında işlənən cıq sözünəДревнетюркский словарь, Л., «Наука», 1969. s.147 mənsubluq bildirən -lı şəkilçisinin qoşulduğu «ev, bina, tikili» mənasında işlənən dam sözününAzərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, «Elm», 1980. s.26Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.170-171 birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Azatavan (Azad qəsəbə) qoyulmuşdur.

Əhalisi Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-1829 - cu illərdə İranın Salmas vilayətindən köçürülmüşdür.

Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 166 nəfər, 1873 - cü ildə 155 nəfər, 1886-cı ildə 161 nəfər, 1897-ci ildə 135 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.50-51, 130-131.

1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri