Ayvaini mağarası— Türkiyənin Bursa ilində Nilüfer rayonu və Mustafakemalpaşa şəhəri arasında Uluabat gölünün cənub şərqində yerləşən mağaradır. Mağara biri Ayvaköy kəndində , digəri Doğanalan and Kazanpınar kəndləri arasında yerləşən iki girişə malikdir. Mağara yaxınlıqdakı Ayvaköy kəndinin şərəfinə adlandırılıb.
Mağaraya bir girişdən daxil olaraq, digər girişdən tərk etmək mümkündür. Ümumiyyətlə, mağaraya 17 metr aşağı enməklə Doğanalanıdakı giriş vasitəsilə daxil olunur. Mağara cənubi Mərmərə bölgəsinin ən uzun yeraltı keçididir. Uzunluğu 5,5 kilometr olan mağaranın içində ölçüsü 3-4 metrə çatan 60 ədəd gölməçə yer alır, mağaranın çıxışındakı gölün uzunluğu isə təxminən 400 metrə yaxındır. Gölməçələrdəki suyun səviyyəsi və göllərin müxtəlifliyi mövsümi təsirlərdən asılı olaraq dəyişir.
Yer qabığının parçalanaraq ayrı-ayrı qitələrə bölünməyə başladığı Mezozoy zamanından günümüzə gələn Ayvaini mağarası, 1970-ci ildə 3 nəfərlik bir İspan qrup tərəfindən kəşf edilmişdir. Ayvaini mağarası 2008-ci ildən etibarən ictimaiyyət üçün açıqdır.
İstinadlar
Xarici keçidlər Ayvaini Belgeseli 40px| Mağara Turizmi Ayvaini Mağarası Səfəri - Bursa
Kateqoriya:Türkiyə mağaraları Kateqoriya:Əhəng daşı mağaraları