Furi və Hekla boğazı () — Baffin Torpağı adasını materikdə yerləşən Melvill yarımadasından ayırır. Buthia körfəzi ilə Foks körfəzini birləşdirir. Uzunluğu 190 km, eni isə 50 km-ə yaxındır. İlin böyük qismi buzla örtülü olur. Boğaz 1822-ci ilin iyul ayında Vilyam Parri tərəfindən aşkarlanır. Boğazı keçməyə cəhd etsə də, buzun qalınlığı onun irəliləməsinə imkan vermir. Boğaza maraq daim aktual olur, səbəb isə onun şimal dəniz yolunun üzərində yerləşməsidir. Parri boğazı gəmilərinin şərəfinə adlandırmışdır. Cozef Berne boğazı 1911-ci ildə keçmək istəsə də bir nəticə əldə etməmişdir.
İstinadlar
Kateqoriya:Şimal Buzlu okeanının boğazları Kateqoriya:Şimali Amerika boğazları Kateqoriya:Kanada boğazları Kateqoriya:Nunavut boğazları