Bertil Ulin (; ) — isveçli iqtisadçı və siyasətçi.

Həyatı Bertil Ulin 1917-ci ildə Lund Universitetindən məzun olmuşdur. 1923-cü ildə Harvard Universitetində magistr, 1924-cü ildə isə Stokholm Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1925–1929-cu illərdə Kopenhagen Universiteti, 1929–1965-ci illərdə isə Stokholm İqtisadiyyat məktəbində professor olaraq işləmişdir. Bir müddət Harvard Universitetində qonaq professor olaraq fəaliyyət göstərmişdir.

Ölkəsində siyasət ilə məşğul olmuşdur və İsveç Liberal Xalq Partiyasının rəhbəri olmuşdur. Bu partiya 1944–1967-ci illərdə iqtidarda olan İsveç Sosial Demokrat Partiyasından sonra əsas müxalifət partiyası olmuşdur. 1944–1945-ci illərdə İkinci Dünya müharibəsi illərində birgə qurulan hökumət kabinetində Ticarət naziri olaraq fəaliyyət göstərmişdir.

İqtisadiyyata ən böyük xidməti Eli Hekşer tərəfindən ortaya atılan beynəlxalq ticarət nəzəriyyəsini təkmilləşdirmək olmuşdur. Sonradan bu nəzəriyyə Hekşer-Ulin nəzəriyyəsi kimi tanınmışdır.

1977-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Əsərləri 1930 — Alman təzminatlarının problemi 1933 — Regionlararası və beynəlxalq ticarət 1937 — Mübadiləni tənzimləmənin məqsəd və mexanizmləri

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı liberalizm

Xarici keçidlər Bertil Ulin haqqında Nobel mükafatı e-muzeyində məlumat Bertil Ulin haqqında faktlar Bertil Ulinin İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı

İstinadlar

Kateqoriya:Lund Universitetinin məzunları Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Stokholm Universitetinin məzunları Kateqoriya:İsveç iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:İsveçdə doğulanlar Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:Makroiqtisadçılar Kateqoriya:Monetar iqtisadçılar