Ceyms Edvard Mid () () — məşhur ingilis iqtisadçısı. 1977-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Bertil Ulinlə bölüşdürmüşdür.

Həyatı Ceyms Mid özəl Malvern Kollecini bitirmişdir. 1926-cı ildə Oksford Universitetində təhsilə başlamışdır. Əvvəlcə klassik dərslər üzrə təhsil alsa da, sonradan fəlsəfə, siyasət və iqtisadiyyat üzrə oxumuşdur və 1929-cu ildə fərqlənmə ilə məzun olmuşdur.

1930–1931-ci illərdə Kembric Universitetinin Triniti Kollecində ixtisas artırma keçmişdir. Bu müddət ərzində dövrün ən məşhur iqtisadçıları olan Dennis Robertson və Con Meynard Keyns ilə yaxın akademik əlaqələr qurmuşdur. Con Meynard Keynsin pul və məşğulluqla bağlı tədqiqatlarında iştirak edən Mid və yaxın dostları Riçard Ken, Pyero Sraffa və Robinzon Keynsin "Ümumi nəzəriyyə" kitabının hazırlanmasına böyük dəstək olmuşlar.

Sonralar Ceyms Mid 1937–1939-cu illərdə İsveçrənin Cenevrə şəhərində yerləşən Millətlər Liqasının İqtisadiyyat Bölümündə iqtisadçı kimi işləmişdi.

İkinci Dünya müharibəsi illərində hökumət kabinetində dövlət məmuru kimi işləmişdi. 1941-ci ildə Mid və Riçard Ston ilk dəfə ikili yazılışlı mühasibat hesablarına əsaslanaraq Böyük Britaniya üçün rəsmi milli gəlir və xərcləmə hesablarını hazırlamışdır. Bu, Dünyada geniş yayılmış Milli Hesablar Sisteminin hazırlanmasında bir başlanğıc olmuşdur.

1945-ci ildə İşçi Partiyası iqtidara gələndə Ceyms Mid Baş nazir Klement Ettlinin baş iqtisadi məsləhətçisi kimi mülkiyyəti dövlətləşdirmə və sosial həmrəyliyin artırılması siyasətlərinin inkişafında önəmli rol oynamışdır. 1947–1957-ci illərdə London İqtisadi məktəbində iqtisadiyyat üzrə professor olaraq işləmişdi. Bununla yanaşı beynəlxalq iqtisadi siyasət nəzəriyyəsi haqqında ödəmələr tarazlığı, ticarət və rifah haqqında çox önəmli iki kitabı çap olunmuşdur.

1977-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Bertil Ulinlə bölüşdürmüşdür.

Önəmli əsərləri 1951 — Beynəlxalq iqtisadi siyasət nəzəriyyəsi — Ödənişlər balansı 1955 — Beynəlxalq iqtisadi siyasət nəzəriyyəsi — Ticarət və rifah 1965–1976 — Siyasi iqtisadın prinsipləri 1975 — Ağıllının iqtisadi siyasətinə radikal bələdçi

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

İstinadlar

Xarici keçidlər Ceyms Mid haqqında Nobel mükafatı e-muzeyində məlumat Ceyms Mid haqqında faktlar Ceyms Midin İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı

Kateqoriya:İngiltərə iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:Kembric Universitetinin müəllimləri Kateqoriya:Oksford Universitetinin müəllimləri Kateqoriya:London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin müəllimləri