Pol Oster () — Amerikalı yazıçı, şair və ssenarist.
Həyatı Pol Oster 1947-ci ildə ABŞın Nyu Cersi vilayətində doğulub. Kolumbiya Universitetində İngilis, Fransız və İtalyan ədəbiyyatı üzrə təhsil alan 1971–1974-cü illər arasında Fransada yaşayan və ənənəvi kitab mövzularının xaricinə böyük uğurla çıxıb yaradıcılığının sərhədlərini genişləndirə bilən Pol Osterin əsas əsərləri arasında Nyu-York Trilogiyası, Yalnızlığın kəşfi, İllüziyalar Kitabı, Qırmızı Dəftər, Leviathan, Vəhy Gecəsi, Duman, Görünməyən, Yüksəklikdən Qorxma, Yazı Otağında Səfərlər, Qaranlıqdakı Adam vardır. Osterin yazıçılığa ilk başladığı illərdəki çətin günlərində Pol Benjamin imzası ilə nəşr etdirdiyi bir detektiv romanı da var. Bu roman yazıçının avtobioqrafik romanı olan Cibi Cırıq-ın əlavəsi olaraq çap olunmuşdur.
Fəaliyyəti 2006-cı ildə İspaniyanın mühüm mükafatlarından olan Asturias Mükafatını ədəbiyyat sahəsində Pol Oster qazanmışdır. Yazıçının Tüstü, Gömgöy Üz adlı ssenariləri məşhur rejissor Uayne Uanq tərəfindən filmə çəkilmişdir. Daha sonra Lulu Körpüdə adlı kitabını da özü filmə çəkmiş, həm ssenarist, həm də rejissor olaraq yaradıcılığın bütün sahələrində özünə yer etmişdir. Film haqqında bir çıxışında öz yazma metodu barədə danışarkən Piter Brukun bir reportajından sitat gətirərək işlərində miflərin uzaqlığı ilə gündəlik həyatın sadəliyini birləşdirməyə çalışdığını bildirmişdir.
Mükafatları 1989 Prix France Culture de Littérature Étrangère Nyu-York Trilogiyası üçün
1990 Morton Dauwen Zabel Award American Academy of Arts and Letters–dən
1991 PEN/Faulkner Award for Fiction Şans Musiqisi üçün
1993 Prix Médicis Étranger Leviathan üçün
1996 Bodil Awards – Ən Yaxşı Amerika Filmi: Tüstü
1996 Independent Spirit Award – Ən Yaxşı Ekran Oyunu: Tüstü
1996 John William Corrington Award for Literary Excellence
2001 IMPAC Award Timbuktu üçün
2003 American Academy of Arts and Sciences ardıcılı
2004 IMPAC Award İllüziyalar kitabı üçün
2005 IMPAC Award Məbəd Gecəsi üçün
2006 Ədəbiyyat üzrə Prince of Asturias Mükafatı thumb|Pol Oster Bruklin Kitab festivalında(sağda John Ashbery)
2006 American Academy of Arts and Letters-də ədəbiyyat üzrə seçilmişdir
2007 Honorary doctor University of Liège-dən
2007 IMPAC Award The Brooklyn Follies üçün
2007 Commandeur de l'Ordre des Arts et des Lettres
2008 IMPAC Award Travels in the Scriptorium üçün
2009 Premio Leteo (León, Spain).
2010 Médaille Grand Vermeil de la ville de Paris
2010 IMPAC Award Man in the Dark
2011 IMPAC Award Invisible
2012 IMPAC Award Sunset Park
Həmçinin bax 4 3 2 1 (roman)
İstinadlar
Xarici keçidlər http://www.oxonianreview.org/wp/the-tyrannies-and-epiphanies-of-chance/ Pol Oster-Bruklin dəlilikləri http://www.theguardian.com/lifeandstyle/1999/may/29/paulauster Paul Auster: Düşünürdüm ki, mənim üçün yazarlığın sonu çatıb QİSMƏT. Paul Auster: İldırımdan qaçış Amerika yazıçısı: "Klaviatura məni həmişə hürküdüb" http://blogs.villagevoice.com/music/2008/09/interview_paul.php http://www.openlettersmonthly.com/first-person-singular/ http://www.pwf.cz/archivy/autori/paul-auster/en/ http://www.canal-l.com/index.php?id_video=315
Kateqoriya:XX əsrin ABŞ romançıları Kateqoriya:ABŞ kişi romançıları Kateqoriya:ABŞ-nin kişi şairləri Kateqoriya:ABŞ tərcüməçiləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Avtobioqrafiyalar