Whitechapel — 2006-cı ilin fevral ayında Noksvilldə (Tennessi) yaradılan ABŞ metal musiqi qrupu.
Haqqında Qrup vokalçı Phil Bozeman, gitaraçı Brandon Cagle, və gitaraçı Ben Savage tərəfindən qurulub. Daha sonra qrupa bas gitara üçün Gabe Crisp, və zərb alətləri üçün Derek Martin qatıldı. Həmin ildə qrup iki Demo 1 (2006) və Demo 2 (2006) demo albomları buraxdı. Onlar öz qrupunun adını London şəhərində Whitechapel rayonunun tanınmış, məşhur qatil İçalatçı Cek cinayətlərinə görə götürüblər.2007-ci ildə qrup Böyük Britaniyada, Candlelight Records ilə müqavilə imzalayıb və az sonra qrupda zərb alətləri üçün Kevin Lane gəldi və həmin ilin iyununda qrup "Defilement The Somatic" ilk studio albomunu buraxıb. Daha sonra qrup 2007-ci ildə Metal Blade Records şirkəti müqavilə imzalayaraq,2008-ci ildə "This Is Exile" adlı albomlarını buraxıb. Həmən ilin avqust ayında qrup (The Summer Slaughter Tour)-a qatılaraq Impending Doom, A Different Breed of Killer, və Through the Eyes of the Dead qrupları ilə konsertlər də çıxış etdi. Həmən ildə qrup digər məşhur metal qrupları ilə konsertlər də çıxış etmişdir. Parkway Drive,Unearth,Cannibal Corpse, Behemoth, Slayer və Marilyn Manson.
8 iyun 2010-cu ildə "A New Era of Corruption" adlı üçüncü studiya albomu çıxdı.
8 noyabr 2011-ci ildə EP "Recorrupted" albomu və 5 trekdən ibarət olmuşdur.
30 aprel 2012-ci ildə isə "Creation Hate" və "I, Dementia" adlı siqnlları çıxıb. 19 iyun 2012-ci ildə isə qrupun dördüncü studiya albomu qrupun adını daşıyan "Whitechapel" adlı albom olmuşdur.
Qrup üzvləri
İndiki üzvləri Phil Bozeman — vokal Ben Savage — gitara Zach Householder — gitara, köməkçi vokal Alex Wade — gitara Gabe Crisp — bas gitara Ben Harclerode — zərb alətləri
Keçmiş üzvləri Brandon Cagle — gitara Derek Martin — zərb alətləri Kevin Lane — zərb alətləri
Diskoqrafiya
Studiya albomları The Somatic Defilement (2007) This Is Exile (2008) A New Era of Corruption (2010) Whitechapel (2012) TBA (2014)
EP-lər Recorrupted (2011)
Demolar Demo 1 (2006) Demo 2 (2006)
Kateqoriya:ABŞ detkor musiqi qrupları Kateqoriya:2006-cı ildə yaranan musiqi qrupları