Ramiz Paşa oğlu Əsgərov — Azərbaycan kinorejissoru, ssenari müəllifi.

Həyatı Ramiz Əsgərov 9 fevral 1937-ci ildə anadan olmuşdur. 1957-1965-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində Mixail Rommun kursunda təhsil alır. İlk bədii filmi N.Hikmətin "Romantika" əsəri əsasında A.Voyazislə birgə çəkdiyi "Yaşamaq gözəldir, qardaşım!" (1966) tammetrajlı filmi olmuşdur. Zaqafqaziya və Ukrayna respublikalarının zona festivalında uğurlu debütə görə SSRİ Kinematoqrafçılar İttifaqının diplomuna layiq görülmüşdür. "Mən ki gözəl deyildim" filminin quruluşçu rejissoru olub. (Tofiq Tağızadə və Ağarza Quliyevlə birgə) 1967-ci ildə "Mən ki gözəl deyildim" filminin çəkilişi zamanı həlak olub.

Filmoqrafiya Yaşamaq gözəldir, qardaşım! (film, 1966) Əzim Əzimzadə (film, 1967) Mən ki gözəl deyildim (film, 1968) Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)

İstinadlar

Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Ssenaristlər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ kinorejissorları