Günel Əzizağa qızı Məmmədova (d. 12 mart 1986) — azərbaycanlı aktrisa.

Həyatı Günel Məmmədova 12 mart 1986-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının rus bölməsində alıb. Orta məktəb illərində fortepiano və rəqslə məşğul olub. 2002-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsinə daxil olub. Universiteti 2006-cı ildə bitirib.

Fəaliyyəti 2006-cı ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 2008-ci ildən "İbrus" teatrında fəaliyyət göstərir. Uşaqlıq illərindən bəzi kino filmlərə çəkilmişdir.

Mükafatları "Viktoriya" tamaşasındakı Viktoriya roluna görə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin aktrisası" nominasiyasında mükafat "Fəxri Mədəniyyət İşçisi" döş nişanı — 10 mart 2018 Prezident Mükafatı — 10 may 2022, 6 may 2023

Teatr səhnəsindəki rolları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Gülcahan – ("Dələduz" Nəcəf bəy Vəzirov) Yetər – ("Yağış, yağmur, daldan atılan daş" Nəcəf bəy Vəzirov) Fatimə — ("Əlibaba və qırx quldur" Ərəb Xalq nağılı) 7-ci qaz balası – ("Ana qaz" Rəsul Rza) Şah qızı – ("Xeyir və Şər" Nizami Gəncəvi) Nabat – ("Çimnaz xanım yuxudadır", Süleyman Rüstəm) Tıq tıq xanım – ("Tıq tıq xanım", A Şaiq) Şahzadə – ("Pişiyin evi", Samuil Marşak) Şahzadə xanım – ("Çəkməli pişik", Ş. Perro) Viktoriya – ("Viktoriya", K. Hamsun) Budur – ("Ələddinin sehrli çırağı" Ərəb xalq nağılı) Nensi – ("Oliver Tvistin macəraları" Ç. Dikkens) Turan ("Mənim ağ göyərçinim" T. Vəliyeva) Reyhan — ("Mən səni sevirəm – M. S. S" Ə. Əmirli) Anjel – ("Məhv olmuş gündəliklər" İ. Əfəndiyev) Cülyetta ("Romeo və Cülyetta" U. Şekspir) Selcan xatun – ("Şahzadə Xəzərin nağılı" K. Ağabalayev, N. Kazımov) Bonka – ("Dörd əkizin nağılı" P. Pançev) İnci – ("Danışan gəlincik" A. Şaiq) Zərif – ("Hasarın o üzü" Ə. Əmirli) Qırmızı papaq – ("Qırmızı papaq" Yevgeni Şvarts) Sarıköynək – ("Sarıköynəklə Valehin nağılı" İ. Əfəndiyev) Tülkü – ("Qoğalın nağılı" Xalq nağılı)

İbrus teatrı Məryəm – ("Tartüf Ağayeviç")

Kəpəz studiyası Qız – ("Xoşbəxt ailə")

Filmoqrafiya Yalan (film, 2005) — Nərgiz Kişiləri qoruyun (film, 2006) — Tamilla Ci-Mi (film, 2008) — Ca Yuxu yaddaşı (film, 2008) — Cəmilə Aktrisa (film, 2011) — Rəna Tərsinə çevrilən dünya (film, 2011) — Dilarə Sirr (serial, 2012) — Məryəm Ləkə (teleserial, 2013) Bir ailəm var — Lamiyə Sirli bənövşə (film, 2013) — Günəş Həyat çiçəyi (serial, 2013) Dmitrov küçəsi 86 (film, 2015) — Şəfiqənin qızı Səni ürəyim sevdi (film, 2014) Sevgi haqqında (film, 2015) Yeraltı keçid (film, 2015) Günəşim ol (teleserial, 2016) — Nərgiz Laləli saray (teleserial, 2017) — Ülviyyə Ata ocağı — Zümrüd Sən demə (film, 2020) — Züleyxa Olimpia (film, 2021)

İstinadlar

Xarici keçidlər Günel Məmmədova: "Onları birdəfəlik basdırmışam" — FOTOSESSİYA Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Sarı gəlin" tamaşası nümayiş olunub "Sarı gəlin" tamaşası "Sarı gəlin" tamaşası və filminin təqdimatı keçirilib Премьера спектакля "Сары гялин" "Sarı gəlin" tamaşasının premyerası keçirildi

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları