Vladimir Vasilyeviç Timoşenko — Azərbaycan Respublikası Milli Məclisinin II çağırışİkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az deputatı.

Həyatı 1942-ci il noyabrın 25-də Kiyev şəhərində anadan olmuşdur. Moskvada Hərbi-Siyasi Akademiyanın hava hücumundan müdafiə fakültəsini bitirmişdir. Ehtiyatda olan general-mayordur. 2 övladı var.

Siyasi fəaliyyəti 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az

Bitərəfdir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 27 saylı Nəsimi ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü olmuşdur.

2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vladimir Vasilyeviç Timoşenko “Şöhrət” ordeni ilə təltif edilib

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Ukrayna əsilli azərbaycanlılar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ general-mayorları