Rəfael Xanəli oğlu Allahverdiyev () — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000), Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırış deputatı,İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi.

Həyatı 1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir.

İşgüzar inzibatçılıq üzrə magistr olmuşdur. Rus dilini bilirdi. Evlidir, 3 övladı var.

2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib.

Siyasi fəaliyyəti 1971–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983–1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub. Yeni Azərbaycan Partiyasının qurucularındandır.

1993–2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

1992-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyası sədrinin müavini olmuşdur. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 25 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü olmuşdur.

O, 2004-cü ildə İsveçrəyə mühacirət edərək deputat mandatından imtina etmişdir. Elə həmin il o Yeni Azərbaycan Partiyası üzvlüyündən çıxarılmışdır.

İstinadlar

Xarici keçidlər Azərbaycan Milli Məclisinin rəsmi səhifəsində Rafael Allahverdiyev Bakı şəhərinin keçmiş meri Rəfael Allahverdiyev Respublika Prokurorluğuna çağrılıb — 2004-08-02 Rəfael Allahverdiyev vəfat etdi Rəfael Allahverdiyevin son zəngi — I Rəfael Allahverdiyevin son zəngi — II "Rafaelin ölümü" R. X. Allahverdiyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

Kateqoriya:Bakı Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:91-lər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Yeni Azərbaycan Partiyasının sədr müavinləri Kateqoriya:Azərbaycanda xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları