Növrəstə Yusifova () — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrində ilk snayper qadın.

Həyatı Növrəstə Yusifova 1952-ci ildə Bakı şəhərində anadan olub. Bakı Maliyyə-Kredit Texnikumunu bitirib. Mühasib kimi 9 il çalışıb. Qülləli kran maşinisti kimi çalışıb. Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub.

Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çempionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olub.

1991-ci ilin dekabr ayından könüllü olaraq cəhbəyə yollanmaq üçün müraciət etsə də, imtina cavabı alıb. 17 mart 1992-ci ildə ilk xanım snayper olaraq qeydiyyata alınıb. 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper olub.

1997-ci ildən 2026-cı ilə qədər Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edib.

Növrəstə Yusifova 14 oktyabr 2026-cı ildə 74 yaşında Bakı şəhərində vəfat edib.

Şəxsi həyatı 1989-cu ildə həyat yoldaşından ayrılıb.

İstinadlar

Xarici keçidlər O, Azərbaycan milli ordusunun ilk snayper xanımlarındandır. Azərbaycanın ilk qadın snayperi vəfat etdi — Foto

Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Snayperlər Kateqoriya:Azərbaycanda qadın ilkləri