Çalış, nəfəs alma — Rejissor Alina Abdullayevanın çəkdiyi Azərbaycan filmi.Babayeva S. “Çalış nəfəs alma”: İtaliya kinofestivalında daha bir uğurumuz: [Rejissor Alina Abdullayevanın eyni adlı filmi] //Həftə içi.- 2008.- 2-4 avqust.- S. 6.
Məzmun Filmdə iki qəhrəman var — bir qədər yaşlı kişi və cavan qız. Kişi astma xəstəliyinə tutulub, nəfəs almaqda böyük problemləri var. Qız isə gənc, gözəldir, həyatda sevinmək üçün hər şeyi var. Ancaq o… nəfəsini saxlayır, özünü sevdiyi insan kimi hiss edib, ona kömək edə bilmək üçün… Və hər ikisi paradoksal və eyni zamanda təhlükəli oyun oynayırlar — kim daha çox nəfəsini saxlayacaq. Onlar dərindən nəfəs alıb donurlar.
Film haqqında Filmdə əsas məqsədlərdən biri fikri təsvir dili ilə tamaşaçılara çatdırmaqdır. Buna görə də filmdə dialoqlardan çox az istifadə olunub.
Film İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin "Avanti" proqramı və Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına çəkilib.
Filmin büdcəsi 20 min manat təşkil edib.
Film Avanti layihəsi çərçivəsində dövlət tərəfindən dəstəklənən ilk layihədir.
Dərviş Prodüser Mərkəzi bu filmin çəkilişləri zamanı təsis edilib. Film "Dərviş" Prodüser Mərkəzinin ilk işidir.
Festivallar və mükafatlar 1) 2006-cı ildə Bakıda (Azərbaycan) VI Beynəlxalq Audiovizual Festivalı Ən yaxşı prodüser işinə layiq görülmüşdür. 2) 2006-cı ildə Bakıda (Azərbaycan) V Qızıl Çıraq Milli Kinematoqrafiya Müsabiqəsi Münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür. 3) 2008-cı ildə Salentoda (İtaliya) Salento Finibus Terrae Beynəlxalq Qısametrajlı Filmlər Festivalı Ən yaxşı rejissor işinə layiq görülmüşdür.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Alina Abdullayeva Rejissor: Alina Abdullayeva Quruluşçu operator: Rövşən Quliyev Rəssamlar: Mustafa Mustafayev, Rəşad Ələkbərov Bəstəkarlar: Əli Həsənzadə, Törə Ağabəyova Səs rejissoru: Teymur Abdullayev Səs operatoru: Tariyel Həsənzadə (Tariel Həsənzadə kimi) İcraçı prodüser: Əli İsa Cabbarov Baş prodüser: Aynur Mustafayeva İkinci rejissor: Ənvər Həsənov Rejissor assistentləri: Aygün Aslanlı, Əli Abbas Qasımov Rejissor köməkçisi: Ramil Muradov Operator assistentləri: Nizami Səfərov, Fərşid Əlizadə İşıqçı: Tahir Bağırov Qrim: Eldar İsrafilov İnzibatçılar: Tahir Əliyev, Elşən Bədəlov Kompüter qrafikası: Fərid Davudov Fotoqraf: Fəxriyyə Məmmədova Layihə məsləhətçisi: Antuan Jaku
Rollarda Fəxrəddin Manafov — kişi Dilarə Kazımova — qız Əzraxanım İbrahimova Tubuxanım İbrahimova Məleykə Ramazanova Emil Həsənov Əli Abbas Qasımov Fikrət Əlizadə Cəmil Salmanov Seymur Məmmədov Sevda Məmmədova Rəhimə Cəbrayılova Esmiralda Bağırzadə Müsəllim Nağıyev Qərib Vəliyev Məlahət Əlizadə İlham Həmidov Nikolay Şetinkin Anar Atakişiyev Ramil Muradov Nonna de Gübek Səidə Məmmədova Kərim Şıxəliyev Fərid Əliyev İrina Lesnyak Alyona Florova Liliya Ramazanova Rəna Hüseynova
Çəkilişə köməklik edən qurumlar Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi Tibbi Bərpa İnstitutu Kamera və orqan musiqisi zalı Buzovna dəmir you stansiyası
Çəkilişə kömək edənlər Mais Ağabəyov Elbrus Vahidov Nəriman Məmmədov Eyyub Daneşvər (İran)
İstinadlar
Xarici keçidlər Filmi izlə
Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Azərbaycan qısametrajlı filmləri Kateqoriya:Alina Abdullayevanın filmləri Kateqoriya:2006-cı ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın dram filmləri