Şeytan və ya Satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, "şərə meyllilik" və ya Tanrının casusu kimi qəbul edilir.
Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda "Mastema" adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir.
Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur. Min il ərzində o, bağlı saxlansa da, qısa müddətlik azad ola bilir. Lakin, məğlub edilir və Alov gölünə atılır. Xristianlıqda Satana həm də Şeytan () adlandırılır və Varlıq kitabında onun adı çəkilməsə də, Eden bağındakı ilanın o olması bildirilir. Orta əsr Xristian teologiyasında Şeytan minimal rol oynamış və yalnız mistik tamaşalarda komik personaj kimi xatırlanmışdır. Erkən modern dövrdə Şeytanın dində rolu əhəmiyyətli dərəcədə artmış, demonik təsir və cadugərlik tez-tez xatırlanmağa başlamışdır. Maarifçilik dövründə Şeytanın varlığına inam ciddi tənqid olunurdu. Buna baxmayaraq Şeytana inam həmin dövrdə kəşf olunmuş Amerikaya da ayaq açmış və əsaslı şəkildə möhkəmlənmişdir.
Quranda alovdan yaradılmış olan və İblis adı ilə də tanınan Şeytan, özündən sonra yaradılmış Adəmə boyun əyməkdən imtina etdiyinə görə Cənnətdən qovulur. Bundan sonra o, vəsvəsə (şeytani təkliflər) vasitəsiylə insanlara təsir edərək onları günah işlər görməyə sövq edir. Şeytan adətən şər qüvvə kimi təsvir edilsə də İblis, bəzi inanclarda bunun tam əksini müşahidə etmək mümkündür.
Teistik satanizmdə Şeytan, inanılan və ibadət edilən varlıq kimi qəbul edilir. La-Veya satanizmdə Şeytan xoş əməllər və azadlığın təmsilçisi hesab edilir. Bibliyada və Quranda Şeytanın xarici görünüşü heç vaxt təsvir edilməsə də, XIX əsrdən başlayaraq Xristian incəsənətində o, buynuzlu, haça dırnaqlı, qeyri-adi tüklü ayaqlarla, çox vaxt çılpaq və əlində yaba tutmuş halda təsvir edilir. İslam miniatürlərində də Şeytan buynuzlu, qabarıq dişli, quyruqlu və caynaqlı təsvir edilir. Bu vizual xüsusiyyətlər əsasən müxtəlif paqan tanrılarından - əsasən Pan, Poseydon və Besdən alınmışdır. Xristian ədəbiyyatında tez-tez xatırlanan Şeytan, Dantenin “İlahi komediya”sında, Faust əfsanələrində, Con Miltonun “İtirilmiş Cənnət” və “Qaytarılmış Cənnət” poemalarında, həmçinin Uilyam Bleykin poemalarında xüsusilə canlı təsvir edilir. Müasir dövrdə Şeytan müxtəlif film, televiziya və musiqi əsərlərində xatırlanır. Tarixi inkişaf Yəhudi Bibliyasında 200px|thumb|right|Rembrandt – "Valaamın eşşəyi", 1626, Konyak-Je Muzeyi, Paris. Rəqəmlər kitabı 22-dən olan bu qarşıdurmada təsvir edilən mələyin Şeytan olduğuna inanılır. Orijinal yəhudi termini olan sâtan () ümumi isim olmaqla “ittihamçı” və ya “düşmən” anlamını ifadə edir. Bu termin Yəhudi Bibliyasında həm düşmən rolunda çıxış edən adi insanları, həm də konkret fövqəltəbii varlığı ifadə etmək üçün istifadə edilir. Bu söz “qarşı çıxmaq, mübarizə aparmaq” anlamını verən fel kökünə malikdir.ed.Buttrick, George Arthur; The Interpreter's Dictionary of the Bible, An illustrated Encyclopedia Yəhudi Bibliyasında söz əlvəsiz şəkildə (sadəcə satan formasında) işlədildikdə istənilən düşmən şəxsi bildirir, artiklla birlikdə (ha-satan formasında) işlədildikdə isə yalnız fövqəltəbii gücə malik Şeytanı ifadə edir.
Ha-Satan formasında söz Masoret mətnlərində, Yəhudi Bibliyasının iki kitabında on üç dəfə təkrarlanır: İovanın kitabındaStephen M. Hooks – 2007 "As in Zechariah 3:1–2 the term here carries the definite article (has'satan="the satan") and functions not as a...the only place in the Hebrew Bible where the term "Satan" is unquestionably used as a proper name is 1 Chronicles 21:1." (10 dəfə) və Zəkəriyyənin kitabındaCoogan, Michael D.; A Brief Introduction to the Old Testament: The Hebrew Bible in Its Context, Oxford University Press, 2009 (3 dəfə). Artiklsız formada satan sözü 10 dəfə istifadə olunur ki, onlardan iki dəfə Septuagintada Diablos, Kral Ceymsin Bibliyasında (KYB) Satana kimi tərcümə olunmuşdur:
1 Salnamələr 21:1, “Satana İsarilə qarşı üsyana qalxdı” (KYB) və ya “Və orada İsrailin rəqibi dayanmışdı”. (Yanqın ədəbi tərcüməsi)Rachel Adelman The Return of the Repressed: Pirqe De-Rabbi Eliezer p65 "However, in the parallel versions of the story in Chronicles, it is Satan (without the definite article)," Psalm 109:6b “və qoy Satana sağ ayağı üstündə dayansın” Septuagint 108:6 κατάστησον ἐπ᾽ αὐτὸν ἁμαρτωλόν καὶ διάβολος στήτω ἐκ δεξιῶν αὐτοῦ(KYB) və ya “qoy ittihamçı sağ ayağı üstündə dayansın” (Bibliyanın Standart İngilis Versiyası)
Yalnız danışan sürünənin qeyd edildiyi Yaradılış kitabında “satan” sözü istifadə edilmir, danışan sürünən isə heç bir fövqəltəbii varlıqla identikləşdirilmir. Yəhudi Bibliyasında fövqəltəbii varlıqla əlaqəli ilk “satan” ifadəsi -də istifadə edilir və burada Yahvenin mələyinin eşşək üzərindəki Balaamla mübarizə aparması təsvir edilir: “Balaamın ayrılması Elohimi qəzəbləndirdi və Yahvenin mələyi satan onun qarşısında dururmuş kimi yolun ortasında dayandı.” -də Davidin özündən icazəsiz yazışma apardığını görən Yahve, İsraili cəzalandırmaq üçün mələyini göndərir və üç gündə 70.000 adamı öldürməyə göstəriş verir. -də də bu hekayə təkrarlansa da, “Yahve mələyi” ifadəsi “satan” ifadəsi ilə əvəzlənir.
Bəzi məqamlarda sözün özü istifadə edilməsə də açıq şəkildə Şeytana işarə edilir. -də Elayın oğulları “Belialın oğlanları” kimi təsvir edilir, sonrakı istifadələrində isə bu söz açıq şəkildə “satan” sözünün sinonimi kimi istifadə olunur. -də Kral Davidə dərs olsun deyə, Yahve, Saula əziyyət verən “narahat ruh”u göndərir. -də peyğəmbər Mixey Kral Ahaba Səmavi döyüşçülər arasında öz taxtında oturmuş Yahveni gördüyünü danışır. Yahve döyüşçülərindən soruşur ki, kim Ahabı yolundan çıxara bilər. Adı qeyd edilməyən, lakin Şeytanın analoqu olan “ruh” könüllü şəkildə “Onun bütün peyğəmbərlərinin ağzına yalan dolduran ruh” olmağa razılaşır.
İovun kitabında thumb|upright=1.3|Uilyam Bleyk – İovun sınanması, təxm. 1821 İovun kitabında Şeytan proza daxilindəki poetik dialoqda peyda olur və bu mətnin Babil əsirliyi dövründə yazıldığı güman edilir. Mətndə İov Yahveni sevən düzgün insandır. -də Tanrının oğulları (bənê hāʼĕlōhîm) özlərini Yahvedən daha öncül kimi təsvir edirlər. Yahve onların birindən soruşur ki, “Satan, sən harda idin?”, o isə cavabında bildirir ki, “Yerin ətrafında fırlanırdım.” Yahve soruşur ki, “Mənim xidmətçim İovu sınağa çəkdinmi?”. Satan isə Yahveni sakitləşdirərək bildirir ki, İova elə əziyyət verəcək ki, inamını tamamilə itirsin.” Yahve razılığını bildirir. Bundan sonra İovun qullarını məhv edən satan onun bədəninə girərək Yahveyə qarşı çıxmağa başlayır. Bundan sonra birinci səhnə təkrarlanır və Satana digər Tanrı oğulları ilə birlikdə Yahvenin hüzurunda təqdim edilir. Yahve İovun daimi sadiqliyinə inansa da, Satana daha çox sınağa ehtiyac olmasına israr edir; Yahve ona bird aha İovu sınamağa icazə verir. Lakin, İov əqidəsindən dönmür və Satana məğlubiyyətinə görə xəcalət çəkir.
Zəkəriyyənin kitabı -də e.ə. 519-cu ilin fevralına aid edilən görmədə, mələyin Zəkəriyyəyə göstərdiyi səhnədə Yahve qarşısında məhkəmədə Ali Kahin Yeşua İudey xalqı və onların günahlarını təmsil edir, satan isə ittihamçı rolunda çıxış edir. Yahve satanı qınayır və Ali Kahinə təmiz geyim verilməsini əmr edir ki, bu da Yahvenin İudey xalqının günahlarını bağışladığını göstərir.
İkinci məbəd dövründə thumb|left|upright=1.3|Yəhudilərin İkinci məbəd dövründə tabeliyində yaşadıqları Əhəməni imperiyasında Zərdüşti Anqra Mainyu ideyası yəhudilərin Satana ideyasına ciddi təsir etmişdir. Yəhudilərin Əhəməni imperiyasının tərkibində yaşadığı İkinci məbəd dövründə, imperiya ərazisində geniş yayılmış Zərdüştilik İudaizmə ciddi təsir göstərmişdiPeter Clark, Zoroastrianism: An Introduction to Ancient Faith 1998, page 152 "There are so many features that Zoroastrianism seems to share with the Judeo-Christian tradition that it would be difficult to … Historically the first point of contact that we can determine is when the Achaemenian Cyrus conquered Babylon ..539 BC"; bu dövrdə yəhudilərin Satana təsəvvürü, Zərdüştiliyin şər, qaranlıq və sınaq tanrısı Anqra Mainyunun təsiri altında dəyişi r. Septuagintada ivrit dilindəki ha-Satan ifadəsi İov və Zəkəriyyənin kitabından yunan dilinə diablos (böhtançı) sözü ilə tərcümə edilir; eyni söz Yunan Əhdi-Cədidində (Novum Testamentum Graece) istifadə edilir və ingilis dilində Şeytan anlamını verən devil söü də bu sözdən törəyir. Yəhudi Bibliyasında Hadad Edomit və Suriyalı Rezon kimi insan düşmənləri bildirmək üçün istifadə edilən satan sözü isə yunan dilinə tərcümə yox transliterasiya edilir və yunan dilində neologizm kimi formalaşır.
Tanrının rəqibi və tamamilə şər qüvvə olan Satana ideyası, yəhudi psevdoepiqrafikasında, xüsusilə apokalipsislərdə İkinci məbəd dövründə kök salır. Kumran əlyazmalarının göstərdiyi kimi, Tövrat qədər məşhur olan Yenoxun kitabında 200 mələkdən ibarət “Müşahidəçilər” qrupu təsvir edilir. Müşahidəçilərə Yer kürəsinə nəzarət işi həvalə olunsa da, onlar öz vəzifələrini tərk edərək insan qadınlarla cinsi əlaqəyə girirlər. Müşahidəçilərin rəhbəri Şamxazay olsa da, qrupun üzvü olan başqa bir mələk Azazel insanlar arasında günah və xəyanəti yayır. Sonda Müşahidəçi mələklər Yerdəki müxtəlif gizli mağaralarda həbs edilirlər və cəzalandırılmaları üçün Böyük məhkəməni gözləyirlər. Təxminən e.ə. 150-ci ildə yazılmış Yubileylər kitabında da Yenoxun kitabındakı Müşahidəçi mələklərin məğlub edilməsi hadisəsi təkrar nəql edilsə də, Yenoxun kitabından fərqli olaraq burada, “Ruhların rəhbəri” Mastema bütün əcinnələri həbs edilməsindən əvvəl işə qarışır və Yahvedən onlardan bir neçəsini özünə xidmətçi kimi saxlamağa icazə istəyir. Yahve bu xahişi müsbət qarşılayır, Mastema isə həmin əcinnələri insanları daha çox günaha sövq etmək üçün istifadə edir ki, daha çox insan cəzalandıra bilsin. Sonra Mastema İbrahimi İshaqı qurban verməklə sınağa çəkmək üçün Yahveni yola gətirir.[ Introduction to the Book of Jubilees, 15. Theology. Some of our Author's Views: Demonology, by R.H. Charles.