Vüsal İlham oğlu Quliyev () — Azərbaycan ictimai-siyasi və dövlət xadimi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, dövlət qulluğunun baş müşaviri.
Həyatı Vüsal Quliyev 31 dekabr 1982-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuşdur.
Evlidir, 1 oğlu var. Atası Quliyev İlham Qədir oğlu Birinci Qarabağ müharibəsi veteranıdır.
Təhsili 1989–1999-cu illərə Bakı şəhəri 244 nömrəli məktəbdə orta təhsil, 1999–2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetində hüquq üzrə bakalavr, 2003–2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət hüququ üzrə magistr təhsili almışdır. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan dövlətçiliyində konstitusiyanın inkişaf mərhələləri" mövzusunda magistr dissertasiyası müdafiə etmiş və hazırda həmin akademiyanın doktorantıdır. 2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "Sense" Proqramının məzunu olmuşdur.
Fəaliyyəti
İctimai fəaliyyəti 1999–2000 – BMT-nin Könüllülər Proqramında qrup koordinatoru 2000–2008-ci illərdə "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin, 2003–2005-ci illərdə gənclər təşkilatlarının vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təhsil komissiyasının sədri olmuşdur. 2006-cı ildə Niderlandın "Olde Vechte" Fondunun keçirdiyi uzunmüddətli ixtisasartırma kursunda qeyri-formal təhsil üzrə beynəlxalq təlimçi dərəcəsini almışdır. 2007-ci ilin may ayında Avropa Birliyi Gənclər Proqramının Azərbaycan üzrə informasiya təmsilçisi seçilmiş və 3 il müddətində ölkəni bu qurumda təmsil etmişdir.
Dövlət qulluğunda 2008-ci ilin iyul ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqşünası, daha sonra aparıcı məsləhətçi-hüquqşünası vəzifəsinə təyin olunmuşdurMüavin: Vüsal Quliyev . 2010–2012-ci illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əlil və şəhid ailələrinin sosial təminat məsələləri üzrə Komissiyanın, "2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" üzrə işçi qrupunun və "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olmuşdur. 2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunmuş, 2014-cü ilin mart ayında isə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20 aprel tarixli 2016-cı il Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmiş,"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli, 1983 nömrəli Sərəncamı. e-qanun.az aprelin 22-də Şuranın ilk iclasında sədr müavini seçilmişdir. 2018-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış ictimai-siyasi işin təşkili sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. 2019-cu ilin noyabr ayında Prezident Administrasiyasında yeni yaradılmış Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2021-ci il tarixli Sərəncamı ilə yeni yaradılmış Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilmiş, aprelin 30-da Şuranın ilk iclasında sədr müavini seçilmişdir.
Müəllifi olduğu nəşrlər Azərbaycanda müasir könüllülüyün tarixi (ingiliscə nəşr); Qeyri-hökumət təşkilatları üçün yaddaş kitabı; Qeyri-hökumət təşkilatlarının idarə olunması; Müasir təlim metodları;
Təltifləri 2021-ci il iyunun 26-da Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmri ilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0192t nömrəli 26 iyun 2021-ci il tarixli əmrinə əsasən
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları