Nunivak çupikcəsi (öz adı Cugtun ; İngilis dilində Cup'ig və ya Nunivak Cup'ig, Nunivak Cux) – Alyaska'da, Nunivak adasında Nunivak çupikləri tərəfindən danışılan Eskimos-Aleut dil ailəsinin Yupik dilləri qrupundan bir Eskimos dili olan Alyaska yupikcəsinin dialekti.
Nunivak adasında danışılan Nunivak çupikcəsi, ada da böyük təsirə məruz qalaraq formalaşan Alyaska yupikcəsinin ən fərqli dialektiSteven A. Jacobson (2006), The participial oblique, a verb mood found only in Nunivak Central Alaskan Yup'ik and in Siberian Yupik , ÉTUDES/INUIT/STUDIES, 2006, 30(1): 135-156 <(= Nunivak Island has the most divergent dialect of Central Alaskan Yup'ik Eskimo, the language of southwestern Alaska) olup ayrı bir dil kimi qəbul edilmişdir və Nunivakdəki məktəbdə təlim və tədris olunur.
İndiki zamanda Nunivak çupiklərinin sayı 215 dir və ana dilində yalnız Mekoryuk qəsəbəsində yaşayan yaşlı insanlar tərəfindən danışılır; uşaqlar danışa bilmədikləri dillərini məktəbdə öyrənirlər.
Təsnifatı Eskimos-Aleut dil ailəsi Aleut qolu Aleut dili Eskimos qolu</font> Sirenik eskimos dili (öz dilində olan adı: Uqeghllistun)¹ Yupik dilləri Sirenik yupik dili¹ Əsl Yupik dilləri Sibir yupik dili (öz dilində olan adı: Yupigestun) Naukan yupik dili (öz dilində olan adı: нывуӄаӷмит) Alyaska yupik dili (öz adları Yugtun, Yugcetun, Cugtun) Unaliq-Pastuliq yupikcəsi : Norton Sound bölgəsində danışılır Əsl Alyaska yupikcəsi : Yukon və Kuskokvim bölgələrində danışılır (öz dilində olan adı: Yugtun, Yugcetun) Egegik yupikcəsi : Bristol Bay bölgəsində danışılır Çupikcə : Hooper Bay və Chevak bölgələrində danışılır (öz dilində olan adı: Cugtun) Nunivak Çupikcəsi (öz dilində olan adı: Cugtun) Supik dili və ya Alyutik dili (öz dilində olan adı: Sugcestun, Sugtestun və ya Alutiitstun) İnuit dilləri İnyupik dili və ya Alyaska inuit dili (öz adı Iñupiatun) Qərbi Kanada inuit dili (öz dilində olan adı: Inuvialuktun) Şərqi Kanada inuit dili (öz dilində olan adı: Inuktitut) Qrenlandiya inuit dili və ya Qrenlandiya dili (öz dilində olan adı: Kalaallisut
¹yeri qəti deyil
Təhsil Dünyada yalnız bir məktəbdə, Aşağı Kuskokvim Məktəb Bölgəsinə (LKSD Lower Kuskokwim School District) bağlı olan Mekoryuktaki məktəbdə (Nuniwarmiut School PK-12) Nunivak çupikcəsi "xarici dil" kimi öyrədilmişdir. Uşaqlar ana dillərini bilmədikləri üçün evdə danışmırlar, məktəbdə sonradan öyrənirlər. Məktəbin 32 şagirdi var. Alyaska Yerli Dil Mərkəzi tərəfindən Alyaska yupikcəsindən (Yup'ik) ayrı olaraq Nunivak çupikcəsi (Cup'ig) ilə də dərs kitabı yayımlanmaktadır. thumb|250px|Nunivak çupik kişisi
Tükənmə təhlükəsi Nunivak çupikcəsinin təhlükə altındakı dillərdən olduğu Alyaska Yerli Dil Mərkəzi (ANLC) tərəfindən də təsdiq edilmişdir. Dil hər an ölü dillər siyahısına salına bilər. Michael Krauss tərəfindən 1975-ci ildə aparılan tədqiqata əsasən "bəzi uşaqlar Çupikcə danışa bilir"Krauss, Michael E. (1975). Native peoples and languages of Alaska. [Map]. Fairbanks, AK: Alaska Native Language Center, University of Alaska. deyilirdi, 1982-ci ildə isə "uşaqların heç biri çupikcə danışa bilmir"Krauss, Michael E. (1982). Native peoples and languages of Alaska. [Map]. Fairbanks, AK: Alaska Native Language Center, University of Alaska. nəticəsi əldə edilmişdir.
Qrammatikası Sözlərdə üç say vardır: tək, iki, cəm
təkikicəmmənasıqusngir qusngig qusngit şimal maralıiqalluyagar iqalluyagag iqalluyagat Salvelinus malmaqay'ar qay'ag qay'at / qass'itkayaktuutangayag tuutangayiigeg tuutangayit Branta canadensisalpa alpag alpat Uriaqimugta qimugteg qimugtet köpək
Sözlər yalın halda çoğu zaman adlıq hal şəkilçisi qəbul edir: daha çok -r və ya -g Sözlər (və ya cümlələr) 4 hissədən ibarət olur: kök (İng. stem), yapım şəkilçisi (İng. postbase), çəkim şəkilçisi (İng. ending), bağlaç (İng. enclitic) Tamlama (isim və ya sifət) bulunmaz Azərbaycan dilində yiyəlik forma (genitive + possessive) ilə ifadə edilən (mis: adamın evi) ifadəsi vardır, Eskimos-Aleut dillərində yiyəlik forma olmadığı üçün ona yaxın olan digər bir formadan istifadə edilir.relative + absolutive
Nümunə cümlələr Cangacit? – Necəsən (Yaxşısanmı)? Canritua – Yaxşıyam Unuakukegci – Sabahın xeyir Agayunerpakegcikici – Yeni iliniz mübarək olsun Allrakularakegciluci-llu – Və ya yeni iliniz mübarək olsun Quyana – Təşəkkürlər Taqukat, maklit neqkanka – suitləri, saqqallı suitləri mənim yeməklərim Quyana niicugnillua – Məni dinlədiyiniz üçün təşəkkür edirəm Quyana naqluki allnganka – Yazdığımı oxuduğunuz üçün təşəkkür edirəm
Nümunə mətn:
Nunivak çupikcəsi : Tamakut cuut pilliaraat ciuliaratuut nallumteni. Cugtun ayuqellernek caumallret amllertut, culliarit. Aukwallaat kwa-i curpailemta piqullrungataat apertusciigatki-llu kwaten tauggaam tangrrumaaqluki kwangkuta pitungamta avani cuut, cullret augkut. Atamta-llu [?] piliqucullrulliningateki tamaakut ak'allaulrit nalluaput qangvaq pillrit. Tava tayim' cami pillrit niicuitaput.
Ədədlər Yukon-Kuskokwim yupikcəsi Yup’ik Eskimo Grammar, Irene Reed and all.(1977) Hooper Bay-Chevak çupikcəsi On the Facebook: Cup'ik Word Of The Day – Chevak by Rebecca Nayamin (Kashunamiut School Cup’ik Language Teacher) Nunivak çupikcəsi mənası atauciqatauciqataucir 1malrukmalrukmalzrug 2pingayunpingayunpingayun 3cetamancitamancetaman 4tallimantallimantalliman 5arvinglegen / arvinelgenarvinelgenarwinleg 6malrunlegen / malrunelgenmalrunelgenmalzrunleg 7pingayunlegen / pingayunelgenpingayunelgenpingayunleg 8qulngunritaraanqulngunritaraq qulngunrita’ar 9qula / qulenqulaqula 10qula atauciqqula atauciqqula-ataucir 11qula malrukqula malrukqula-malzrug 12qula pingayunqula pingayunqula-pingayun 13akimiarunrita’arakimiarunritaraq akimiarunrita’ar 14akimiaqakimiaqakimiar 15akimiaq atauciqakimiaq atauciqakimiar ataucir 16akimiaq malrukakimiaq malrukakimiar malzrug 17akimiaq pingayunakimiaq pingayunakimiar pingayun 18yuinaunrita’arcuinaunritaraq cuinaunrita’ar 19yuinaqcuinaq cuinar 20yuinaq qula / yuinaq qulen cuinaq qula cuinar-qula 30yuinaak malruk / malruk ipiaq (Yukon)malruk ipiaq malzrug-ipiar 40yuinaak malruk qulamalruk ipiaq qula .50yuinaat pingayun / pingayun ipiaq pingayun ipiaq pingayun ipiar 60yuinaat pingayun qulapingayun ipiaq qula .70yuinaat cetaman citaman ipiaq cetaman-ipiar 80yuinaat cetaman qulacitaman ipiaq qula talliman ipiar qula 90yuinaat tallimantalliman ipiaq talliman ipiar 100tiissitsaaq tiititsaaq / tiissitsaaq tiisiss'ar 1.000qulen tiissitsaat ..10.000yuinaat talliman tiissitsaaq..100.000miilicaaq..1.000.000tiissitsaaq miilicaaq..1.000.000.000
Rus dilindən keçmiş bəzi sözlər Rus Amerikası dövründə (1733 – 1867) 1821 ilində ilk dəfə Ruslarla və Ruscayla qarşılaşan Yupiklərin dillərində Rusca alıntılar indiki vaxtda da canlılığını davam etdirər:
caarralar (< Rus. сахар) 'şəkər' caayu (< Rus. чай) 'çay' cainig (< Rus. чайник) 'çaydan' cap'akir ( < Rus. сапоги) 'bot, poti' cass'ar (< Rus. часы) 'saat' culunar (< Rus. солонина ?) 'duzlu balıq' kelipar (< Rus. хлеб) 'çörək' maslar (< Rus. масло) 'kərəyağı' miss'ug (< Rus. мешок) 'bag; çuval' mulut'ug (< Rus. молоток) 'çəkic' paltug (< Rus. пальто) 'palto' pelatekar (< Rus. палатка) 'çadır' putuskar (< Rus. подушка) 'yastıq' tiisiss'ar (< Rus. тысяча) 'min' yaassig : (< Rus. ящик) 'qutu'
İstinadlar
Xarici keçidlər Nuniwarmiut Piciryarata Tamaryalkuti : Nunivak Island Cup'ig Language Preliminary Dictionary
Kateqoriya:Eskimos-Aleut dil ailəsi