Qaranlıq mələyi ()Qaranlıq mələyi filmi Yoxlanılıb: 25 oktyabr 2014 — 1990-cı ildə ABŞ-də çəkilən fantastik filmlərdən biridir. Bu adda əvvəl çəkilən (1925 və 1935) filmlərdən fərqləndirmək üçün filmə "Mən sülhlə gəlmişəm" () adı verilmişdir.Mən sülhlə gəlmişəm rusca Yoxlanılıb: 25 oktyabr 2014Mən sülhlə gəlmişəm ingiliscə Yoxlanılıb: 25 oktyabr 2014 Lakin bu film "Qaranlıq mələyi" () və "Qara mələk" () adları ilə də tanınır. Filmin distribütori Triumph Films kinokompaniyasıdır.Qaranlıq mələyi Movies.yahoo.com saytında Yoxlanılıb: 25 oktyabr 2014Qaranlıq mələyi filmi Yoxlanılıb: 25 oktyabr 2014

Film Texas ştatının Hyuston şəhərində çəkilmişdir. Filmin rejissoru Kreyq R. Bekslidir. Filmdə Dolf Lundqren, Mattias Hyuz, Brayan Benben, Betsi Brentli, Cey Bilas və Kevin Peyc kimi aktyorlar iştirak edir. "Qaranlıq mələyi" filmi az büdcəli olduğuna görə B filmləri kateqoriyasına aiddir.Qaranlıq çələyi filminin treyleri Yoxlanılıb: 25 oktyabr 2014Qaranlıq mələyi 1channel.ch Yoxlanılıb: 25 oktyabr 2014Qaranlıq mələyi Tvtropes.org Yoxlanılıb: 25 oktyabr 2014

Filmin əsas şüarı Mən sülhnən gəlmişəm ()

Məzmun

Filmin əvvəli Özgəplanetlinin (Mattias Hyuz) Kosmosdan Yerə gəlməsi ilə başlayır. Artıq Yeni il başlamışdır. Texas ştatının yollarının birində sürücü səhv nəticəsində kiçik qəza edir. Sürücü avtomobildən çıxan zaman avtomobilin üzərinə nə isə gəldiyini görür. Avtomobil partlayır. Bunu görən sürücü yanmış avtomobilə tərəf yaxınlaşır. Birdən alovun içərisindən Uzunboylu, sarı saçlı, ağ gözlü, qara geyimli və qorxunc sifətli bir insan ona tərəf yaxınlaşaraq deyir: Mən sülhnən gəlmişəm! ()

Filmin əvvəlində Federal Təhqiqat Bürosunda (FTB) çalışan Polis Cek Keynin (Dolf Lundqren) dostu Svuip (Toni Brubeyker) "Ağ oğlanlar" () adlanan banda tərəfindən öldürüllür. Lakin "Ağ oğlanlar" bandası da öldürülürlər. Onlardan yalnız 2 nəfər sağ qurtula bilir. Cek Keyn "Ağ oğlanlar" bandasının işi ilə məşğul olmağa başlayır. Həmin bandadakı quldurlar qəribə silah ilə öldürülürlər. Məlum olur ki, insanların naməlum səbədən öldürülməsinə Heroin səbəb olur. Lakin bu insanlar narkoman deyillər. Əvvəlcə insanların qanına sinələrindən Qarmaq vasitəsilə böyük dozada Heroin yeridilir, sonra isə xammal kimi beyinlərindən Endorfin çıxarılır. Bu haqda ilk məlumatı Cek Keynin sevdiyi şəxs həkim Dayana (Betsi Brentli) çatdırır.

Cek Keyn hələ də insanların Yadplanetli tərəfindən öldürüldüyünü bilmir. Lakin onu "Yadplanetli üzrə polis" (Cey Bilas) təqib edir. "Yadplanetli üzrə polis" onu təqib edərək, Yer planetinə gəlir. Bir neçə dəfə yadplanetlini məhv etmək istəsə də, onun öhdəsindən gələ bilmir. Yadplanetli ilə sonuncu döyüşü zamanı "Yadplanetli üzrə polis" ağır yaralanır və Cek Keynin avtomobilinə yaralı halda əyləşir. Cek Keyn və onun yeni əməkdaşı Smitin (Brayan Benben) bu barədə xəbələri yox idi. Onlar polis maşınında olarkən Yadplanetli üzrə polisin ağır yaralandığını görürlər. "Yadplanetli üzrə polis" onlara çatdırır ki, yadplanetli endorfini almaq üçün çoxlu adam öldürəcək və çoxlu miqdarda endorfini toplayandan sonra kosmosda satacaqdır. Ardınca ondan ağ şüa çıxmağa başlayır. Bu zaman Cek Keyn və Smit avtomobili tərk edir və partlayış baş verir.

Partlayış baş verən zaman Smit Yadplanetli üzrə polisə məxsus silahı götürməyi bacarır. Bu müddət ərzində Smit gizli olaraq polis əməkdaşlarına çalışırdı. Bu səbəbdən Smit Cek Keyni hədələyir və silahı götürərək, buranı tərk edir. Silahı alan Smit onu polis əməkdaşına təhvil verir. Həmin polis əməkdaşı Smitin gözləmədiyi halda ona atəş açmaq istəyir. Bu zaman Cek Keyn peyda olaraq onu öldürür. Smit aldadıldığını başa düşür və Cek Keyn ilə əvvəlki kimi dost qalır. Məlum olur ki, yadplanetli haqqında gizli informasiya polislərin və onların əməkdaşlarının da xəbəri var. Onlar texnologiyanı almaq üçün həmin yadplanetli ilə əlaqə saxlamağa çalışırlar. Bu səbəbdən Cek Keyn həm Yadplanetliylə, həm də polislərlə mübarizə aparmalıdır.

Cek Keyn və Smit həkim Dayananı evindən götürərək, bu işi birgə həll etmək qərarına gəlirlər. Lakin bu zaman onlara polislər hücum edir. Atışma baş verir və gözlənilmədən Yadplanetli peyda olaraq onların hamısını öldürür. Cek Keyn, Smit və Dayana Yadplanetlinin hücumundan qurtulmaq üçün polis maşını ilə şəhərdə yerləşən fabrikə yola düşürlər. Bu zaman onları Yadplanetli təqib edir. Fabrikdə Cek Keyn ilə Yadplanetli arasında mübarizə baş verir. Sonda Cek Keyn ona atəş açır və Yadplanetli məhv olaraq, fabrikdə partlayış baş verir. Cek Keyn, Smit və Dayana fabriki tərk etməyə başlayırlar və bu müddətdə dincəlmək üçün Rio de Janeyroya getməyə hazırlaşdıqlarını qeyd edirlər.

Rollarda Aktyor/aktrisa Rol Qeydlər Dolf Lundqren Cek Keyn polis Brayan Benben Arvud "Larri" Smit polislərə gizli işləyən agent Betsi Brentli Dayana Pallone həkim, Cek Keynin sevgilisi Mattias Hyuz Talec Yadplanetli Cey Bilas Azek Yadplanetli üzrə polis Şerman Hovard Viktor Menninq Sem Anderson Uorren Cim Heyni Kapitan Malone Devid Ekkroyd Müfəttiş Svitzer Mark Lovental Brüs kəsici diskin mexanizmini təyin etməyə çalışan elmi işçi Maykl Con Pollard Boner Cesse Vint Mak Mörfi Aleks Morris Rey Törner Nik Hecler Beyll Bondsman detektiv Al Leonq rolu yoxdur Narkotik satıcısı Mimi Koxren rolu yoxdur Mexanik qız Toni Brubeyker Garage Sweeper Filmin əvvəlində öldürülən polis, Cek Keynin dostu Kevin Peyc rolu yoxdur "Ağ oğlan" #1 Betyu Pozi rolu yoxdur psixopat #1 Aleksandr Conson rolu yoxdur psixopat #2

Maraqlı faktlar Əslində, "Qaranlıq mələyi" filmi komediya janrında olmalı idi. Fransız tənqidçilərinə görə filmdə maraq doğuran personaj yalnız Dolf Lundqrendir. İlk dəfə filmdə yadplanetli rolunu Dolf Lundqrenə təklif edilməsi planlaşdırılmışdır. Alman tərcüməsində "Mən sülh ilə gəlmişəm" cümləsi "Mən hamınıza sakitlik gətirmişəm" cümləsi kimi tərcümə edilmişdir. Bu film ilk dəfə efirə çıxan zaman ABŞ-nin 1 milyon əhalisi filmi izləmişdir. Mattias Hyuz xüsusi platformanın hesabına Dolf Lundqrendən 20 funt hündür görsənirdi.Maraqlı faktlar: Qaranlıq mələyi Yoxlanılıb: 25 oktyabr 2014 Bu film Stiven Kinqin ən sevdiyi filmlərindən biri olmuşdur. Özgəplanetlinin işlətdiyi super avtomat Calico M950 avtomatının dəyişdirilmiş formasıdır. Mattias Hyuz filmin 2-ci hissəsinin ssenariyasını yazmışdır. Lakin bu filmə sponsorluq edən olmamışdır. Film ABŞ prokatlarında öncə gələn filmlərin adları ilə qarışdırmamaq üçün "Mən sülhlə gəlmişəm" adı ilə satışa çıxarılmışdır.

İstehsalı Filmin çəkilişi "Qaranlıq mələyi" filmi 1989-cu ildə Texas ştatında Hyuston şəhərinin Tranquiliti parkı parkında çəkilmişdir. Film 4 aya (yanvar, fevral, mart və aprel) çəkilib başa çatmışdır.

Aktyorlar haqqında Filmdə baş rolu Dolf Lundqren ifa edir. Bu film Lundqrenin populyar filmlərindən hesab olunur. Filmdə Dolf Lundqrenin əməkdaşı rolunda oynayan Brayan Benben isə çox da məşhur olmayan aktyor olur. Bu film onun ən yaxşı filmlərindən birinə çevrilir. Dolf Lundqrenin sevgilisi Dayana rolunda Betsi Brentli ifa edir. Bu film onun ən populyar filmlərindən biri hesab olunur. "Yadplanetli üzrə polis" rolunda Cey Bilas ifa edir. Yadplanetli rolunu isə Mattias Hyuz ifa edir. Filmdə iştirak edən Dolf Lundqren və Mattias Hyuz döyüş sənətlərinin ustasıdırlar.

Film üzərində işləyənlər Filmin rejissoru Kreyq R. Beksli-dir.Qaranlıq mələyi Hd720.sokrytoe.com Yoxlanılıb: 25 oktyabr 2014 Bu film rejissorun karyerasında ən yaxşı çəkdiyi filmlərindən biridir. Filmin musiqi müəllifi məşhur bəstəkar Yan Hammer-dir. Operator isə Mark İrvin-dir.Horror-movie-a-day.blogspot.com Yoxlanılıb: 25 oktyabr 2014

Tənqidçilər Fransız tənqidçilərinə görə, bu filmdə yalnız Dolf Lundqrenin ifa etdiyi Cek Keyn roluna baxmaq olar.

Ev video buraxılışı 1990-cı il 26 yanvarda kinozallarda göstərildikdən sonra Media Home Entertainment tərəfindən kasetlər və Lazerdisklər buraxıldı. Bu film heç vaxt ABŞ-də 1 DVD diskində buraxılmamışdır. 2 enliekranlı buraxılışına ABŞ-də, Avropada, Yaponiyada və Avstraliyada baxmaq mümkündür.

Saundtrek Filmdə, əsasən, XYZ, Bardeux, Shooting Star, The U-Krew qruplarının mahnıları səslənir. Filmin əvvəlində XYZ qrupunun "Maggy" mahnısı səslənir. Cek Keyn və Smit barda olan zaman Bardeux qrupunun "Thumbs up" mahnısı səslənir. Ardınca Shooting Star qrupunun "Touch me tonight", ardınca isə The U-Krew qrupunun "Ugly" mahnısı səslənir. Filmin sonunda yenidən "Touch me tonight" mahnısı səslənir. Bu mahnı Billboard Hot 100 hit-paradında 67-ci mövqe tutmuşdu.

Silahlar Filmdə istifadə olunan bir çox silahlar aşağıdakı cədvəldə verilmişdir. Filmdə istifadə olunan bəzi silahlar aşağıdakı cədvəldə verilmiş silahların dəyişdirilmiş formasıdır. Cədvəldə göstərilməyən silahlar bunlardır: Calico M950 (Yadplanetli), Heckler & Koch MP5K (Ağ oğlanlar) və Detonics Pocket 9 (İnspektor Svitzer)

Özgə dillərdə ÖlkəDilAdı AzərbaycanAzərbaycan dili Qaranlıq mələyi ABŞİngilis dili I Come In Peace (Yeni adı) ABŞİngilis dili Lethal Contact (orijinal adı: Ölümcül əlaqə) FransaFransız dili Dark Angel Böyük Britaniyaİngilis dili Dark Angel PolşaPolyak dili Mroczny anioł İtaliya İtalyan dili Arma non convenzionale AlmaniyaAlman dili Dark Angel — Tag der AbrechnungQaranlıq mələyi (film, 1990) Almanca Yoxlanılıb: 25 oktyabr 2014. PortuqaliyaPortuqal dili Anjo Negro İspaniya İspan dili Dark Angel — Ángel de la muerte Yunanıstan Yunan dili Dynami katastrofis MacarıstanMacar dili Sötét angyal RusiyaRus dili Ангел Тьмы Türkiyə Türk dili Kara MelekKara Melek filmi türkcə Yoxlanılıb: 25 oktyabr 2014Kara Melek filmi Sinemalar.com saytında Yoxlanılıb: 25 oktyabr 2014 (Karanlık MelekKaranlık Melek filmi türkcə Yoxlanılıb: 25 oktyabr 2014Qaranlıq mələyi filmi Divxplanet.com saytında Yoxlanılıb: 25 oktyabr 2014 Serbiya Serb dili Tamni andjeo Finlandiya Fin dili Musta enkeli Meksika İspan dili El destructor mortal Belçika Fransız dili Dark Angel

Filmin ölkələrdə çıxış tarixi ÖlkəÇıxış tarixi 28 sentyabr 1990Mən sülhlə gəlmişəm Movies.yahoo.com Yoxlanılıb: 25 oktyabr 2014 13 iyun 1990 7 iyun 1990 13 iyul 1990 17 avqust 1990 10 avqust 1990 6 iyul 1990 19 noyabr 2008 11 yanvar 1990 Belçika 18 iyul 1990 1 iyun 1990 Cənubi Koreya 26 yanvar 1990 Filippin 21 avqust 1990 Niderland 21 sentyabr 1990 Avstriya iyun 1990 24 avqust 1990 22 sentyabr 1990 Çexoslovakiya 20 mart 1992

Filmin ölkələrdə gəliri ÖlkəGəlirÇıxış tarixi $1,912,421 30 sentyabr 1990 $4,348,368 15 noyabr 1990 $1,386,858 30 avqust 1990 $1,314,240 24 avqust 1990 $267,514 18 avqust 1990

Filmin ölkələrdə satışı ÖlkəSatış 289,150 62,461 230,462

Həmçinin bax Qaranlıq mələyi (film, 1925) Qaranlıq mələyi (film, 1935)

Ədəbiyyat Charles Holland & Darryl Cobbs. I Come In Peace (comic adaptation). Greater Mercury Comics, Vol. 1, 1991

İstinadlar

Xarici keçidlər

Qaranlıq mələyi Dolph-ultimate.com saytında Mən sülhlə gəlmişəm Rotten Tomatoes saytında Washington Post review Deseret News review Spinning Image review Moria review Time Out review Opis filmu na stronie dolph-ultimate.com Dark Angel VOX ab 16 — FSK 18 DVD

Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:1990-cı ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Döyüş filmləri Kateqoriya:ABŞ-nin polis detektiv filmləri Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin təqib filmləri Kateqoriya:Yadplanetlilər haqqında filmlər Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:İngiliscə dost komediya filmləri Kateqoriya:İngilis dilində cinayət filmləri Kateqoriya:Mütəşəkkil cinayətkarlıq haqqında filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Devid Koeppin ssenari müəllifi olduğu filmlər Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:Narkotik maddələr haqqında filmlər