Əbədi əjdahalar (, kantonca: Fei lung mang jeung) — Ceki Çanın iştirakı ilə Honq Konqda çəkilən filmlərindən biridir.Project A, Biography (DVD). Hong Kong Legends. 2002-06-24 Film 1988-ci ildə döyüş-komediya janrında Kanton dilində çəkilmişdir.Bey Logan (2005-06-27). Dragons Forever, commentary track (DVD). Hong Kong Legends. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir.Dragons Forever Thespinningimage.co.uk saytında
Məzmun
Ceki Lunq kimyəvi şirkətini təmsil etmək üçün korporativ qanqster (Yuen Vah) tərəfindən işə götürülən cavan vəkildir. Ceki məhkəmədə narkomafiyanın tərəfini tutmağa məcbur olur. Narkomafiyaya məxsus olan zavod narkotik istehsal edir. Bundan isə heç kəsin xəbəri yoxdur. Narkotikanın hamısı gölə axıdılır və canlı aləmə ziyan vurur. Gölün sahibəsi isə Lao adında cavan qadın olur. Məhkəmə zamanı Laoun tərəfini əmisi qızı Miss Yip adında cavan vəkil qız tutur. Bu zaman Yip ilə Ceki arasında münasibət yaranır. Bu isə onu narkomafiya tərəfindən çıxış etməyə mane olur.
Ceki Lunq Laonu fikrindən daşındırmaq məqsədilə Vonq Fei-Hunq və Tunq Te-Biao adlı dostlarına xəbər verir. Ceki Lunqun əsas məqsədi Vonq Fei-Hunq ilə Lao arasında münasibət yaradaraq, onu kimyəvi zavoda qarşı iddia irəli sürməkdən daşındırmaqdır. Lakin Vonq Fei-Hunq ilə Lao arasında yaranan münasbət əsl məhəbbətə çevrilir. Buna baxmayaraq Lao və Miss Yip Tunq Te-Biao sayəsində onların fırıldaqlarından xəbər tutur. Vonq Fei-Hunq məhəbbəti uğrunda sona qədər mübarizə aparır və qalib gəlir. Lakin Ceki ilə Miss Yipp arasında münasibətlər hələ də pis olaraq qalır. Məhkəmə zamanı Hakim və məhkəmədə olan insanlar qarşısında Ceki Lunq Miss Yip bir-birlərini sevdiyini bildirirlər. Beləliklə, Ceki Lunq və Miss Yip əvvəlki kimi bir-birlərinə sevgi münasibəti bəsləyirlər. Bu isə narkomafiya işçilərinə qarşı zərbə vurur.
Lakin bu müddətdə Vonq Fei-Hunq dəlil tapmaq üçün narkomafiyanın idarə etdiyi zavoda gedir. Vonq Fei-Hunq onlarla qətiyyətlə mübarizə aparsa da, sonda məğlub olur. Narkotikin gölə buraxılması haqqında məlumatdan xəbər tutan Tunq Te-Biao bu barədə Ceki Lunqa, Lao və Miss Yipə çatdırır. Bu səbəbdən onlar zavoda getməyə məcbur olurlar. Lakin zavoda gələn zaman narkomafiyanın bütün işçiləri ilə qarşılaşırlar. Ceki Lunq və dostları mübarizə aparmağa məcbur olurlar. Sonda onlar Bossa və əməkdaşlarını məğlubiyyətə uğradaraq məqsədlərinə nail olurlar.
Rollarda Ad Kantonca Rol İngiliscə rol QeydlərCeki Çan cavan vəkil Sammo Hun Ceki Lunqun dostu Yuan Byao Ceki Lunqun dostu Benni Urkides rolu yoxdur rolu yoxdur narkomafiya başçısının zavodunda işçi və onun sağ əliCeyms Tien Bosslardan biridirYuen Vah rolu yoxdur rolu yoxdur Boss: narkomafiya başçısı Paulin Yenq Ceki Lunqun sevgilisi Dinni Yip Hunqun sevgilisi Billi Çou rolu yoxdur rolu yoxdur Bossa işləyən döyüşçülərdən biri Stanley Funq rolu yoxdur rolu yoxdur Honq Konq versiyasında psixoterapevtVu Funq rolu yoxdur rolu yoxdur müvəkkil
İstinadlar
Xarici keçidlər
«Əbədi əjdahalar» Hkmdb.com saytında «Əbədi əjdahalar» Hkcinemagic.com saytında Əbədi əjdahalar Film.thedigitalfix.com saytında Əbədi əjdahalar Allmovie.com saytında
Kateqoriya:Honkonq filmləri Kateqoriya:1988-ci ilin filmləri Kateqoriya:Ceki Çanın filmləri Kateqoriya:Döyüş incəsənət filmləri Kateqoriya:Qanunsuz narkotik ticarəti haqqında filmlər Kateqoriya:Honkonq haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Golden Harvest filmləri Kateqoriya:Honkonqun döyüş filmləri