Allahşükür Hümmət oğlu Paşazadə () — Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri (1980-ci ildən).
Həyatı Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.
1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir. Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü ildə Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr — Şeyxülislam seçilmişdir. Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır. 1991-ci ildə Bakı İslam Universitetinin təsis etmişdir.
Üzvü olduğu təşkilatlar Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri (2003-cü ildən ömürlük), 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib. "Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurası"nın həmsədri, "Katolik-Pravoslav məzhəblərarası əlaqələr komissiyası"nın üzvü (2006), UNESCO yanında Din Xadimlərinin Yüksək Səviyyəli Məşvərət qrupunun üzvü (2009), BMT Dinlərarası Məşvərət Şurasının üzvü, Ümumdünya İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, "Vicdana çağırış" Beynəlxalq Fondu və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü (1986) və həqiqi üzvü (2001), Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biri (2008), Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının sədridir (2009)
Elmi məqalələri Qafqazda İslam. İslamda şəhidlik. Milli münasibətlər və din. İslamda xalq və cəmiyyət.
Təşəbbüsçüsü və təşkilatçısı olduğu beynəlxalq elmi konfranslar 1998-ci ildə "Müasirlik və dini-mənəvi dəyərlər" 2003-cü ildə "Allahın lütfü, xalqın xilaskarı" 2004-cü ildə "Qloballaşma və islam" 2005-ci ildə "Qloballaşan dünyada islam" 2006-cı ildə "Tolerantlığın örnəyi — Azərbaycan" 2006-cı ildə "İslamda dözümlülük" 2010-cu ildə Bakıda keçirilən Dünya Din Xadimlərinin Sammiti
Mükafatları thumb|265px|Allahşükür Paşazadə, Rusiya prezidenti Dmitri Medvedyev, Bakı Rus pravoslav kilsəsi yepiskopu Aleksandr və Azərbaycanın dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov. Bakı, 3 iyul 2008 "Şöhrət" ordeni "İstiqlal" ordeni (1999) "Şərəf" ordeni "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" "Xalqlar dostluğu" ordeni (15 noyabr 1988) I dərəcəli "Əl-elm və əməl" ordeni (1992) "Şöhrət" ordeni (1994) Rus Pravoslav Kilsəsinin I dərəcəli "Müqəddəs Vladimir" ordeni (2001) Rus Pravoslav Kilsəsinin "Şöhrət və Şərəf" ordeni I dərəcəli "Müqəddəs Sergi Radonejevski" ordeni Rusiya Müftilər Şurasının I dərəcəli "Əl Fəxr" ordeni Bakı və Xəzəryanı Yeparxiyanın I dərəcəli "Müqəddəs Apostol Varfolomey" ordeni Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin I dərəcəli "Ümmət qarşısında xidmətlərinə görə" ordeni "Dostluq" ordeni "Şöhrət" ordeni 22px "Milli qəhrəmanı-Koman Turpal" ordeni "Müqəddəs Qreqori" ordeni I dərəcəli "Kral Hüseyn" ordeni "İmperator Böyük Konstantinin" qızıl sikkəsi "Qoyunun qızıl dərisi" ordeni 22px "Kadırov" ordeni "İNTERSAFETY" terrorizm, korrupsiya, ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Təltiflər İttifaqının (UNCOPA) "Aypara və Ulduz" ordeninin ali dərəcəsi Beynəlxalq Ekoenergetika Akademiyasının qızıl medalı "Şərəf" ordeni (2001) "Şərəf" ordeni (2009) Sülh Fondları Beynəlxalq Assosiasiyası, Ümumdunya Veteranlar Federasiyası və "Xalq yaddaşı" Beynəlxalq Veteranlar Fondunun təsis etdikləri xatirə medalı (2007) Rus pravoslav kilsəsinin I dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeniQafqaz Müsəlmanları İdarəsinin sədri Rus pravoslav kilsəsinin ordeni ilə təltif edilib . qafqazislam.com, 27.09.2014. "Heydər Əliyev" ordeni (2019)
Barəsində Şeyxin həyat və fəaliyyəti ilə bağlı aşağıdakı kitablar və yüzlərlə məqalələr nəşr olunmuşdur: On ikinci Şeyxülislam Mərhəmətli və şəfqətli qəlb Şeyxülislam: ictimai xadim, alim Bizim bir şeyximiz var Müqəddəs ömrün anları Şeyxülislam Allahşükür Paşazadə: elm və dinin vəhdəti Qafqaz Müsəlmanları İdarəsi və Ermənistan-Azərbaycan münaqişəsi İki əsrin Şeyxülislamı Allahın lütfü: 25 il Şeyxülislam Şeyxülislam-Alın yazısı Nurlu yolun müdrik səyyahı Şərəf və Şöhrətin zirvəsi Şeyxülislam: ənənə və müasirliyin vəhdəti Şeyxülislam Allahşükür Paşazadənin orden və medalları (4 dildə)
Filmlər 2001-ci ildə Əli İsa Cabbarov tərəfindən Azərbaycan Televiziyasında istehsal edilmiş Ana duasından başlanan yol adlı qısametrajlı sənədli televiziya film çəkilmişdir.
2009-cu ildə Vaqif Mustafayev tərəfindən Allaha şükür adlı tammetrajlı sənədli film çəkilmişdir.
İstinadlar
Mənbə Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, 272 səh. ISBN 978-9952-490-50-3
Həmçinin bax Qafqaz Xalqları Ali Dini Şurası Qafqaz Müsəlmanları İdarəsi Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi
Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Hacılar Kateqoriya:Azərbaycanın din xadimləri Kateqoriya:Müsəlman din adamları Kateqoriya:Qafqaz Müsəlmanları İdarəsinin şeyxülislamları Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Tarix elmləri doktorları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:"Vətən Övladı" ordeni laureatları Kateqoriya:Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şöhrət və şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:Müsəlman dini liderlər Kateqoriya:Müftilər Kateqoriya:Azərbaycanlı şiə din xadimləri Kateqoriya:SSRİ xalq deputatları