Bayquş gələndə filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Filmdə əsas rolları Emin Qafarzadə, Fikrət Məmmədov, Həsənağa Turabov, Gülşən Qurbanova, Firəngiz Şərifova, İsmayıl Osmanlı, Vidadi Əliyev və Sevil Rəsulova ifa edirlər.
Məzmun Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.98-99
Tahir (Emin Qafarzadə) ilə Vasif (Fikrət Məmmədov) bütün yay tətili günlərində dənizin sahilində oturub suya tilov atır və balıq tutmaqla məşğul olurlar. Vasif həm də arzu edir ki, onun birmotorlu qayığı olsun və bu qayıqla dənizdə balıq ovuna çıxsın. Elə onların evlərinin yaxınlığında qocaman bir kişi (İsmayıl Osmanlı) yaşayır. Keçmişdən, gələcəkdən maraqlı əhvalatlar danışan bu kişinin evinə Tahir də tez-tez qonaq gəlir. Elə bu zaman qəsəbədə Rəşid (Həsənağa Turabov) adında varlı bir adam peyda olur. O, alverçiliklə topladığı böyük sərvəti eninə-uzununa xərcləməyə başlayır. Qoca öləndən sonra onun da bağını öz əlinə keçirmək üçün yollar axtarır. Bütün bunlar balaca Tahiri həm təəccübləndirir, həm də narazı salır. Elə bu Rəşidin təqsiri üzündən bağ qonşusu, yazıçı Kamilin (Vidadi Əliyev) də ailəsinə nifaq düşür. Amma qəsəbədə xeyirxah adamlar da az deyil. Balaca Tahir adamları bir-birindən seçməyə və onlara qiymət qoymağa başlayır...
Film haqqında Film yazıçı Maqsud İbrahimbəyovun "Bayquş gəlmişdi" povesti əsasında ekranlaşdırılmışdır. Film qəflətən vəfat edən Şahlarbəy obrazını oynayan aktyor İsmayıl Osmanlının kinoda son işidir. Film ekranlara çıxmamış aktyor vəfat etmişdi.
Filmin üzərində işləyənlər Əsərin müəllifi: Maqsud İbrahimbəyov Ssenari müəllifi: Maqsud İbrahimbəyov Rejissor: Şamil Mahmudbəyov Operator: Arif Nərimanbəyov Rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Emin Sabitoğlu
Rollarda Emin Qafarzadə — Tahir Fikrət Məmmədov — Vasif Həsənağa Turabov — Rəşid Gülşən Qurbanova — Ədilə Firəngiz Şərifova — nənə İsmayıl Osmanlı — Şahlarbəy Vidadi Əliyev — Kamil Sevil Rəsulova — Nailə S. Süleymanova — Xanımana Yaşar Nuri — həkim
Eldəniz Rəsulov — Eldəniz
Filmi səsləndirənlər:
Ramiz Əzizbəyli - Vasif (Fikrət Məmmədov (aktyor) ) (titrlərdə yoxdur)
Şahmar Ələkbərov — Kamil (Vidadi Əliyev) (titrlərdə yoxdur)Səməndər Rzayev — Şahlar bəyin oğlu (titrlərdə yoxdur)
Elxan Ağahüseynoğlu — Milis işçisi (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Ədilə (Gülşən Qurbanova)(titrlərdə yoxdur)
İstinadlar
Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 257; 287. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1978-ci ilin Azərbaycan filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Yazıçılar haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:SSRİ-nin uşaq filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Şamil Mahmudbəyovun filmləri