() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Ümumi yayılması Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Monqolustan və Çində (Tibet) təbii halda yayılmışdır.

Azərbaycanda yayılması Naxçıvan MR-də, Qobustanda, Şamaxıda Sitalçay (Axar-Baxar) boyunca orta dağ qurşağında qayalıq yerlərdə bitir.

Statusu Azərbaycanın nadir btkilərindəndir. LC.

Bitdiyi yer Quru daşlı-qayalı yerlərdə rast gəlinir.

Təbii ehtiyatı Təbii halda Azərbaycanda arealı çox geniş deyildir.

Bioloji xüsusiyyətləri Hündürlüyü 1,5 m-ə çatan, boz gövdəli, yoğun və sıx budaqlı koldur. Şaxələri düz, sallaq, hamar buğumlu və nazik şırımlı olub, diametri 2 mm-ə qədərdir. Düyün aralarının uzunluğu 2-4 sm-dir. Yarpaqları cüt-cüt düzülmüş, pərdəciklidir, aşağıdan üçdə bir hissəsi bitişmişdir, yuxarıdan qısa üçbucaqlıdır.

Tozluq sünbülcükləri tək-təkdir və ya 2-3-ü bir yerə toplaşmış, kürə şəklindədir, 2-4 çiçəklidir, 4–5 mm uzunluqdadır, xarici çiçəkaltıqları dəyirmi-ovaldır, aşağı¬dan üçdə bir hissəsi bitişmişdir. Meyvəverən sünbülcükləri 1–2 mm uzunluqda olan ayaqcıqlar üzərindədir, birçiçəklidir və 2-3 cüt çiçəkaltlığı vardır. Daxili çiçəkaltlığının üçdə iki hissəsi düz çıxan və ya azca əyilmiş borucuğa bitişmişdir, bütöv və ya dilimlidir. Meyvələri kürə şəkilli, 6–7 mm uzunluqdadır. Yetişmiş meyvələri qırmızı və ya çəhrayı-qırmızı rəngli, lətlidir.

Toxumları dəyirmi və iki cür qabarıqdır, 4–6 mm uzunluqdadır. Aprel-may ayında çiçək açır. Meyvələri avqustda yetişir.

Çoxalması Generativ və vegetativ yolla çoxalır. Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Monqolustan və Çində (Tibet) təbii halda yayılmışdır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir. Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitabı"na salınması tövsiyə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Mərkəzi Asiya florası