() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 50-150 sm, gövdəsi düz, çox budaqlanmış, aşağı hissədə az tilli, yuxarı hissədə dəyirmidir, uzun bizvari tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Payızda uzun, qalın, pulcuğabənzər yarpaqları olan lətli budaqlar əmələ gətirən qalın kökümsovu vardır. Yarpaqları (təpə yarpaqlarından başqa) qarşı-qarşıya düzülmüşdür, oturaqdır, uzunsov və ya uzunsov neştərvaridir, gövdənin həcmini artırandır, sivri dişlidir, dişcikləri qabağa əyilmişdir, hər iki tərəfdən uzun nazik tüklərlə örtülmüş və uzunluğu 3-12 sm, eni isə 1-3 smdir. Çiçəkləri təkdir, yuxarı yarpaqların qoltuğunda yerləşmişdir. Tac enli qıfşəkillidir, alqırmızı rəngdədir, iridir; ləçəkləri dəyirmi əksinə yumurtaşəkilli olub, iki bölümlüdür, uzunluğu 10-18 mm-dir, eni də eyni ölçüdədir. Qutucuq qismən tüklüdür, uzunluğu 4-8 (10) sm, eni 2 mm-ə qədərdir. Toxumları qonur rəngli olub, üzərində sıx məməciklər yerləşmiş, təpə hissədə dəyirmi, aşağıya doğru isə daralmış formadadır, uzunluğu 2,5 mm, eni 0,5 mm-dir. İyun-sentyabr aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması Azərbaycanın bütün rayonlarında. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti Bataqlıqlarda, çayların, arxların sahilində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Balverən bitkidir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Livan florası Kateqoriya:Avstraliya florası Kateqoriya:Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları