Səfərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Səfərli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il tarixli Qanunu ilə, Üçoğlan kənd inzibati ərazi dairəsinin tərkibində yeni salınmış qəsəbələrdən birinin Səfərli qəsəbəsi adlandırılması, Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi qərara alınmışdı. Həmin Qanunla, Səfərli qəsəbəsinin Üçoğlan kənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Səfərli qəsəbə inzibati ərazi dairəsinun yaradılması qərara alınmışdı.
Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsinin ərazisinə aid edilib.
Yol 7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılmışdır.Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2014-cü il tarixli Sərəncamı president.az
İstinadlar
Kateqoriya:Ağdam rayonunun qəsəbələri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri