İkinci Alıbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Alıbəyli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il tarixli Qanunu ilə, Üçoğlan kənd inzibati ərazi dairəsinin tərkibində yeni salınmış qəsəbələrdən birinin İkinci Alıbəyli qəsəbəsi adlandırılması, Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi qərara alınmışdı. Həmin Qanunla, İkinci Alıbəyli qəsəbəsinin Üçoğlan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, İkinci Alıbəyli qəsəbə inzibati ərazi dairəsinun yaradılması qərara alınmışdı.
Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsinin ərazisinə aid edilib.
İstinadlar
Kateqoriya:Ağdam rayonunun qəsəbələri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri