Süryani dili və ya Suriya dili ( ) – Mesopotamiya və Şərqi Ərəbistanda tarixən danışılan, Orta Arami dilinin bir dialekti."Dialect, Culture, and Society in Eastern Arabia: Glossary". Clive Holes. 2001. pp. XXIV–XXVI. I əsrdən öncə əlifbası yox idi lakin 5 əsr boyu danışıq dili olmuşdur. IV-VIII əsrlər arasında Yaxın Şərqin əsas dili olmuşdur.Beyer, Klaus; John F. Healey (1986). Arami dili: yayılması və hissələri. Göttingen: Vandenhoeck und Ruprecht. p. 44. ISBN 3-525-53573-2. Süryani əlifbası ilə yazılır.
Xristianlıqda rolu Süryani dili şərq xristianlığının qorunmasında əsas faktor olmuş, kilsə dili halına gəlmişdir. Süryani Pravoslav Kilsəsi, Assuriya Şərq Kilsəsi, Nestorian Şərq Kilsəsi, Kəldani Katolik Kilsəsi, Müqəddəs Foma xristianları və Assuriya Əllincilər Kilsəsinin kilsə dilidir. İlk dəfə Assuriya və Akkad imperiyaları bölgəsində yayılmış və Assuriya kilsəsi sayəsində indiki halına gəlib çıxmışdır. Məhz xristianlıq sayəsində Hindistanın Kerala bölgəsinə, Orta Asiyaya və Yaxın Şərqə yayılmışdır. Böyük Britaniyada, Adrian divarında Romalı assuriya əsilli əsgərlərin Süryani dilində yazdığı yazılar tapılmışdır.
Tarixi thumb|440x440px|Süryani dilində İncil, Matta 5:8 - ܛܘܼܒܲܝܗܘܿܢ ܠܐܲܝܠܹܝܢ ܕܲܕ݂ܟܹܝܢ ܒܠܸܒ̇ܗܘܿܢ܄ ܕܗܸܢ݂ܘܿܢ ܢܸܚܙܘܿܢ ܠܐܲܠܵܗܵܐ܂ (Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Tanrını görəcək.) Süryani dilinin inkişafı mərhələləri: Qədim Arami dili - Assuriya, Aşşur, Hatra, Adiabena, Osroena kimi dövlətlərin dili olmuşdur. Orta Arami dili (ܟܬܒܢܝܐ - Xatabanaya - Ədəbi Süryani dili) Şərqi Süryani dili - Assuriya Şərq Kilsəsi, Kəldani Katolik Kilsəsi, Qədim Şərq Kilsəsi və Assuriya Əllincilər Kilsəsinin kilsə dilidir. Qərbi Süryani dili - Süryani Pravoslav Kilsəsi, Süryani Katolik Kilsəsi və Maruni Kilsəsinin kilsə dilidir. İlk dəfə Qədim Arami dilinin dialekti olaraq Assuriya hökmdarı III Tiqlatpalasar dövründə (e.ə. 745-727) , dövlət dili olaraq isə ilk dəfə e.ə.132-ci ildə Osroenada istifadə olunmağa başlanmışdı.
Ədəbi Süryani dili III əsrdən başlayaraq artıq Edessa kilsələrində Süryani dili kilsə dili olaraq istifadə olunurdu. Süryani dilində yazılmış Bibliya versiyasının adı Peşitta (ܦܫܝܛܬܐ) adlanır. Müqəddəs Efrem Süryani dilində toplu dini əsərlərin ən məşhur müəllifidir. Nestorian küfrünün baş verməsindən sonra dil zamanla Şərqi Süryani dili və Qərbi Süryani dili olaraq ayrılmışdır. İslamın yayılması ilə əlaqədar olaraq ərəb dili onu əvəz etmiş, danışıq dili olaraq sadəcə Şimali İraqda qalmışdı.
Hazırkı vəziyyəti Hazırda İraqda rəsmi statusa malik azlıq dili kimi tanınır.Abbas Ənbari. "The Comprehensive Policy to Manage the Ethnic Languages in Iraq " .səh. 4–5. (İngiliscə)İraq, İsrail, İsveç və Keralada məktəblərdə tədris olunur.The Ben Yehudas of Aramaic - Haaretz.com (İngiliscə) Türkiyədə Süryani dilində tədris verən uşaq bağçası fəaliyyət göstərir. Azərbaycanda da danışılır.
İstinadlar
Xarici keçidlər
* Kateqoriya:Arami dilləri Kateqoriya:İraq dilləri Kateqoriya:Bəhreyn dilləri Kateqoriya:Livan dilləri Kateqoriya:Suriya dilləri Kateqoriya:Sami dilləri