thumb|right|300 px|Türk dəniz piyadaları thumb|Türk Dəniz Komandirliyi Türk Dəniz Qüvvələri () — Türkiyəni dənizdən ola biləcək bütün təhdidlərə və hücumlara qarşı qorumaqla cavabdehdir. Türkiyə Silahlı Qüvvələrinin tabeçiliyi altında olan 2-ci ən böyük qüvvədir. Yaranma tarixi ilk türk dənizçisi hesab edilən Çaka bəyin İzmirdə qurduğu donanmanın quruluş tarixi olan 1081-ci il qəbul edilmişdir.

Vəzifələri Dəniz Qüvvələri Komandanlığı

Ölkənin dənizdən gələ biləcək təhdidlərə qarşı müdafiə olunması və ölkəyə məxsus ərazi sularına nəzarət etmək.

Donanma Komandanlığı

Döyüşə hazır vəziyyətdə olan dəniz və dəniz aviasiyası qüvvələrini idarə etmək və bu qüvvələrin ən təsirli şəkildə istifadə olunmasını təmin etmək.

Şimal dəniz sahə Komandanlığı

Türkiyənin Qara dəniz sahillərinin və ərazi sularının müdafiəsinin təşkilinə cavabdehdir. Tabeliyində olan birliklərin döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmək və cavabdeh olduğu ərazidə vəzifəsini yerinə yetirən birlikləri dəstəkləmək.

Cənub dəniz sahə Komandanlığı

Türkiyənin Aralıq dənizi sahillərinin və ərazi sularının müdafiəsinin təşkilinə cavabdehdir. Tabeliyində olan birliklərin döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmək və cavabdeh olduğu ərazidə vəzifəsini yerinə yetirən birlikləri dəstəkləmək.

Dəniz Təhsil və Təlim Komandanlığı

Fərdi təhsil və təlim fəaliyyətlərini Hərbi Dəniz Qüvvələrinin vəzifə ehtiyacına uyğun olaraq aparmaq, Hərbi Dəniz Qüvvələrinin silahlanmasında olan və gələcəkdə silahlanmaya daxil ediləcək olan silah, sistem və cihazları ən yaxşı şəkildə istifadə edə biləcək, inkişaf edən və dəyişən texnologiyaya qısa zaman ərzində uyğunlaşa biləcək infrastruktura sahib, Atatürkün inqilab və prinsiplərinə bağlı, məlumatlı, bacarıqlı və dənizçilik şüuru yüksək səviyyədə olan şəxsi heyət yetişdirmək.

Rütbələr NATO Kodu OF-10 OF-9 OF-8 OF-7 OF-6 OF-5 OF-4 OF-3 OF-2 OF-1 OF-1c 50px 50px 50px 50px 50px 50px 50px 50px 50px 50px50px 50pxBüyükamiralOramiralKoramiralTümamiralTuğamiralAlbayYarbayBinbaşıYüzbaşıÜsteğmenOF-1aTeğmenOF-1bAsteğmen NATO Kodu OR-9 OR-8 OR-7 OR-6 OR-5 OR-4 OR-3 OR-2 OR-1 70px 70px 70px 70px 70px 70px 70px 70px 70px 70px 70px 70px 70px Astsubay kıdemli başçavuş Astsubay Başçavuş Astsubay Kıdemli Üstçavuş Astsubay üstçavuş Astsubay Kıdemli Çavuş Astsubay Çavuş AstsubayAstçavuşKıdemli UzmanÇavuş UzmanÇavuş Çavuş Kıdemli UzmanOnbaşı UzmanOnbaşı OnbaşıEr

Həmçinin bax Türkiyə Silahlı Qüvvələri Dəniz qüvvələri

İstinadlar

Xarici keçidlər

Turkish Navy – Official website Turkish Naval Museum – Official website Undersecretariat for Defence Industries Bosphorus Naval News – Latest news, photos and fleet data regarding the Turkish Navy

Kateqoriya:Türkiyə Silahlı Qüvvələri Kateqoriya:1920-ci ildə yaradılmış hərbi hissələr və birləşmələr