Franko Zeffirelli (, əsl adı Canfranko Korsi, ; 12 fevral 1923, Florensiya)Ləqəbini çox vaxt yanlış olaraq Zefirelli kimi yazırlar. — İtaliya rəssamı, rejissor, prodüser, ssenarist. İki dəfə "Oskar" mükafatına namizəd olub, BAFTA mükafatına layiq görülüb, beş dəfə David di Donatello, iki dəfə Emmi mükafatlarını alıb.
Həyatı Canfranko Korsi Zeffirelli 1923-cü ildə Florensiyada anadan olmuşdur. 6 yaşı olarkən, onun anası vəfat edir və Franko Britaniya diasporunun hamiliyi ilə böyüyür. Məhz orada o, Skorpioni ilə tanış olur və bu, illər sonra – 1999-cu ildə onu "Mussolini ilə çay" filmini çəkməyə sövq edir.
İkinci dünya müharibəsi zamanı o, partizan olmuşdur. Müharibədən sonrakı illərdə Florensiya Universitetində incəsənət və memarlıq kimi sahələri öyrənir. 1945-ci ildə daha çox teatra diqqət ayırmağa başlayır. Beləcə o, Florensiya teatrlarının birində səhnə tərtibatçısı kimi çalışmağa başlayır. Orada rejissor Lukino Viskonti ilə tanış olur və 1948-ci ildə onun çəkdiyi "Yer titrəyir" (La Terra trema) filmində rejissor köməkçisi kimi çalışır.
Lukino Viskonti ilə işləmək Zeffirellinin kinoya həvəsini daha da artırır. O, eləcə də Vittorio de Sika və Roberto Rossellini kimi nüfuzlu rejissorlarla da çalışmağa müvəffəq olur. 1960-cı illərdə London və Nyu-York kimi böyük şəhərlərdə bir neçə xüsusi pyesə quruluş verən Zeffirelli tezliklə öz yolunu bütünlüklə kinematoqrafiyaya yönəldir.
Rejissorun kino sahəsində debütü 1967-ci ildə çəkdiyi "Tərsin yola gətirilməsi" filmi olur. O, bu filmin baş rollarına Elizabet Teylor və Riçard Barton kimi aktyorları çəkir. Amma əsl müvəffəqiyyəti bir il sonra – 1968-ci ildə "Romeo və Cülyetta" filmi ilə qazanır. Bu film çəkildiyi gündən dünyada böyük maraqla qarşılanır. Zeffirelli bu filmdən sonra 12 gözəl ekran nümunəsi ərsəyə gətirsə də, onların heç biri "Romeo və Cülyetta"nın uğurunu təkrar edə bilmir.
Filmoqrafiya
Rejissor fəaliyyəti İnadkarın ram edilməsi (film, 1967) / The Taming Of The Shrew Romeo və Cülyetta (film, 1968) / Romeo and Juliet Qardaşı Günəş, bacısı Ay (film, 1972) / Brother Sun, Sister Moon Nazaretli İsa (film, 1977) / Jesus of Nazareth Çempion (film, 1979) / The Champ Sonsuz məhəbbət (film, 1981) / Endless Love Klounlar (film, 1982) / Pagliacci Traviata (film, 1983) / La Traviata Otello (film, 1986) / Otello Hamlet (film, 1990) / Hamlet Sərçə (film, 1993) / Sparrow Ceyn Eyr (film, 1996) / Jane Eyre Mussolini ilə çay (film, 1999) / Tea With Mussolini Əbədi Kallas (film, 2002) / Callas Forever
Ssenarist fəaliyyəti İnadkarın ram edilməsi (film, 1967) / The Taming Of The Shrew Traviata (film, 1983) / La Traviata Hamlet (film, 1990) / Hamlet Sərçə (film, 1993) / Sparrow Ceyn Eyr (film, 1996) / Jane Eyre Mussolini ilə çay (film, 1999) / Tea With Mussolini
İstinadlar
Kateqoriya:İtaliya kinorejissorları Kateqoriya:İtaliya ssenaristləri Kateqoriya:İtaliya prodüserləri Kateqoriya:Toni mükafatı laureatları Kateqoriya:İtaliyanın teatr rejissorları Kateqoriya:İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçıları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XX əsr İtaliya siyasətçiləri Kateqoriya:XXI əsr İtaliya siyasətçiləri Kateqoriya:İtaliya kinoprodüserləri Kateqoriya:Homoseksual siyasətçilər Kateqoriya:XX əsr teatr rejissorları