"21 Azər" — Almaniyanın Dortmund şəhərində nəşr olunan jurnal. Jurnal Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "21 Azər" jurnalının davamçısıdır.
Haqqında Jurnal ilk dəfə 1945-1946-cı illərdə Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunub. Lakin şah qoşunlarının Azərbaycana hücumundan sonra Azərbaycan Milli Hökuməti dağılıb və jurnalın nəşri də qadağan edilib.
"21 Azər" jurnalı 1998-ci ildə Almaniyanın Dortmund şəhərində nəşr olunmağa başlayıb. Jurnalın təsisçisi Səməd Nikanam, redaktoru Əlirza Miyanalı olub. Azərbaycan türkcəsində və latın əlifbası ilə çap olunub. Əsas mövzusu Azərbaycan Milli Hökuməti olan jurnalda "Açılmamış səhifələr", "Ölkəmizi tanıyaq", "Xatirələr danışır", "Taleyimiz, tariximiz", "Tədqiqatlar, təhqiqatlar" rubrikaları da olub.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Almaniya jurnalları Kateqoriya:Dortmund Kateqoriya:Azərbaycan mühacirət ədəbiyyatı