() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki təsviri Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir. Yarpaq açmazdan qabaq çiçəkləyir, ikievlidir. Dişicik çiçəkləri bozumtul-yaşıl və solğundur. Erkəkcik çiçəklərin sırğası iridir, dəyirmi-silindrvaridir, parlaq-sarı rənglidir. Çiçək açarkən keçi söyüdü çox dekorativ görkəm alır. Çiçəkləri nektarlıdır, qabığında 21%-ə qədər aşı maddəsi vardır. Avropa və Asiyanın meşəli rayonlarında geniş arealda yayılmışdır. Azərbaycanın bütün meşəli rayonlarında, yuxarı dağ meşə qurşaqlarında bitir. Bəzən yaşıllaşdırmada isitifadə olunur. Şaxtaya davamlı, torpağa az tələbkar bitkidir. İlk dəfə Avropada təsvir olunub.

Ekologiyası İşıqsevən, şaхtaya davamlı, torpağa az tələbkar bitkidir.

Azərbaycanda yayılması Böyük və Kiçik Qafqaz, Talış, Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi Çiçəkləmə dövrundə çoх dekorativ görünür. Abşeronda yaşıllaşdırmada geniş istifadə olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları