() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Vətəni İran və Çindir.
Botaniki təsviri Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür. Yumurtalığı oturaq və çılpaqdır. Erkəkcikli çiçəklərdə çiçək ballığı 2, dişicikli çiçəklərdə 1-dir.
Ekologiyası Küləyə, istiyə davamlıdır, yazda tez yarpaqlayır. Göllərin, yolların, kənarlarında bitir.
Azərbaycanda yayılması Abşeronda, Lənkəranda, Kür-Araz və Samur-Dəvəçi ovalıqlarında rast gəlinir.
İstifadəsi Bəzi yerlərində dekorativ ağac kimi becərilir. Göllərin, yolların, kanalların kənarlarında хüsusən yaraşıqlı görünür.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Çin ağacları Kateqoriya:Koreya florası Kateqoriya:Rusiya florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər Kateqoriya:Türkiyə florası Kateqoriya:Yaponiya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları