Tinli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Tinli oyk., düz. Düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Cənubi Azərbaycanın Tin kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlanmışdır; Qubadlı rayonunun Xocahan inzibati ərazi vahidində kənddir. Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, kəndi Cəbrayıl rayonunun Tinli kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Türk dillərində tirildin “sakinləşmək, yerləşmək, dincəlmək”, “düşərgə” mənalarında işlənir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

Həmçinin bax Cəbrayıl rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri