Hacı İsaqlı — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Cəbrayıl Ensiklopediyasına əsasən, Hacıisaqh oykonimi Hacı İshaq şəxs adından və mənsubluq bildirən -lı şəkilçisindən ibarət olubdur, və "Hacıisağa məxsus olan oba", "Hacıisaqqlılar" mənasını daşıyır. Ensiklopediyaya əsasən, Hacıisaqlılar Əhmədlilərin qoludur.
Coğrafiyası Hacı İsaqlı kəndi Gəyən düzündə, təqribən 342 m hündürlükdə yerləşir.
Tarixi Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Hacı İsaqlı kəndi Şahvəlli kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
2 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyi bildirilmişdi.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri