Qoçu Nəcəfqulu () — Bakı qoçusu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında yaratdığı Qoçu Nəcəfqulunun prototipi.

1918-ci ildə ermənilər Bakıya hücum edən zaman öz vəsaiti hesabına aldığı silah-sursatı camaata paylayaraq müdafiə dəstələri yaradıb. Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə türk ordusunun generalı Nuru Paşa, onu ordenlə təltif edib. Bakı tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi.

Həyatı Bakı tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi.

Keçisi Özü ilə gəzdirdiyi keçisi olub. Keçini çəpişlik vaxtından bəsləyib. Məşhur "O olmasın, bu olsun" filmindəki həmin ağ keçidir. Qoçunun nəvəsi bildirir ki, filmdə rejissor təxəyyülünün məhsulu var:

Həbsi və güllələnməsi 1920-ci ildə 12 məşhur Bakı qoçusu həbs olunaraq, Bayıl türməsinə gətirilir. Sonradan onlara daha yeddi nəfər də əlavə olunur. 1920-ci il 20 mayda Mayılov Teatrında (indiki M. F. Axundov adına Opera və Balet Teatrı) işinə başlamış bu məhkəmə prosesinə 19 nəfər müttəhim cəlb edilmişdi. Bu prosesdə "İnqilabi tribunalın" sədri Teymur Əliyev, ittihamçı prokuror isə ədliyyə komissarı Əliheydər Qarayev idi.

Cəmi bir həftə, 28 maya qədər davam edən bu məhkəmə prosesi ittiham olunanların 15-i haqqında ölüm hökmü, 3-ü barədə müxtəlif müddətli həbs cəzası və birinin azadlığa buraxılması ilə yekunlaşır. Adı ölümə məhkum olanların arasında olan Qoçu Nəcəfqulu son sözündə Bakıda müxtəlif cinayətlər törətdiyini səmimi etiraf edir:

28 may 1920-ci ildə hökm İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynov tərəfindən təsdiq olunur və 29-na keçən gecə saat 02:30-da hər iki tribunalın üzvü Zeynal Dadaşovun və Bakı şəhərinin komendantı Mazurovun iştirakı ilə icra edilir.

Mart soyqırımı Erməni və rus birləşmiş qoşunlarının hücumunun qarşısı Qoçu Nəcəfqulunun rəhbərliyi ilə yaradılmış "Məştağa dəstəsi" tərəfindən Maştağanın yaxınlığında yerləşən körpüdən bir qədər aşağıda, Zabrat yolunda alınıb. Qafqaz İslam Ordusu Bakı kəndlərinə daxil olduqdan sonra dəstə, silahlı heyətini genişləndirərək "Maştağa qarnizonu" adını alıb və Bakı üzərinə həlledici hücum zamanı bu qarnizon böyük rəşadət göstərib. Nuru Paşa, Qoçu Nəcəfqulunu göstərdiyi igidliklərə görə ordenlə təltif edib.

İstinadlar

Kateqoriya:Qoçular