Judith Eva Barsi (6 iyun 1978, Los-Anceles — 25 iyul 1988, Los-Anceles) — 1980-ci illərin amerikalı uşaq aktrisası. Anası ilə birlikdə atası tərəfindən qətlə yetirilmişdir.

Ailənin mənşəyi Judith macar mühacirləri József István Barsi (d. 16 noyabr 1932) və Maria Ágnes Virovacz (d. 14 fevral 1940) ailəsində anadan olmuşdur. Onlar bir-birini tanımadan 1956-cı il üsyanından sonra Macarıstandan qaçmışdılar. Mühacirət zamanı 19 yaşı olan József yetim idi, valideynlərini tanımırdı və nikahdankənar doğulmuşdu, bu səbəbdən ciddi kompleks keçirirdi. O, əvvəlcə Fransaya köçdü və orada başqa bir macar qaçqını Klara ilə evləndi. Bu nikahdan Judith-in ata bir qardaşı Barna (1957—1995) və bacısı Agi (1958—2008) dünyaya gəlmişdi. Mənşəyindən və xarakterik macar ləhcəsindən kompleks keçirən József spirtli içkilərdən sui-istifadə etməyə başladı, nəticədə zorakılıq baş verdi və nikah dağılmağa üz tutdu.

1964-cü ildə Barsilər ABŞ-a, Nyu-Yorka köçdülər. Burada József Barsi Joseph Barsi-yə çevrildi (Amerika vətəndaşlığı aldıqdan sonra adını dəyişmədi, yalnız onun tələffüzünü macar variantından ingilis variantına dəyişdi). ABŞ-dakı tanışları ona «Arizona Joe» deyirdilər. Lakin orada da əl qaldırmağa başladı və Barnanı döydü, nəticədə Klara uşaqlarla birlikdə Arizonaya köçdü. Józefin ailə münasibətlərini düzəltməyə cəhdlərinə baxmayaraq, o, sərxoş halda hirslənərək Klaraya tava atdıqdan sonra Klara yenə də boşanmaq üçün ərizə verdi. Boşanmadan az sonra József Kaliforniyaya köçdü və orada çilingər işləməyə başladı. Boş vaxtlarında qrupda banco və ya skripka çalırdı, qrupdakı təxəllüsü «YO-seff» idi. Qızı Agi çox sonralar boşanmanın Józefə müəyyən psixoloji travma vurmuş ola biləcəyini və bunun onun sonrakı davranışının səbəbi olduğunu ehtimal etmişdir.

Maria Macarıstanın cənubunda kənd yerində anadan olmuşdu. Uşaqlığında atası onu döyür və təhqir edirdi. ABŞ-a köçəndən sonra Maria aktrisa karyerasına başlamağa çalışdı, lakin alınmadı və Los-Ancelesdəki mühacirlərin toplaşdığı kafelərdən birində ofisiant işləməyə başladı. O, Józeflə onun ona çay pulu olaraq 100 dollarlıq əskinas qoyduğu zaman tanış oldu.

Judith ABŞ-da anadan olsa da və uşaqlıqdan ingiliscə danışmalı olsa da, macarca sərbəst danışırdı. Tez-tez insanların yanında anası ilə şəxsi bir şey barədə danışmaq lazım gələndə məhz bu dildən istifadə edirdi.

Həyatı və karyerası Judith Eva Barsi 6 iyun 1978-ci ildə macar əsilli József István Barsi və Maria Ágnes Virovacz-ın ortaq ilk və yeganə övladı olaraq dünyaya gəlmişdir.Judith Barsi-nin xatirəsinə həsr olunmuş rəsmi sayt. Arxiv nüsxəsi, 25 mart 2010.Judith Barsi. Find a Grave. 1983-cü ildə, cəmi beş yaşı olanda onu San-Fernando vadisindəki buz meydançasında kasting agentləri gördülər. Diqqəti çəkməsinin səbəbi isə onun görkəminə görə təxminən üç yaşında sayıla bilməsi idi. Maria öz aktrisa olmaq arzusunu xatırlayaraq qızından aktrisa yetişdirməyə qərar verdi və onun karyerasını inkişaf etdirməyə başladı. Judith-in debütü Fatal Vision (1984) telefilmi oldu. Qısa kino karyerası ərzində Judith təxminən 70 reklam çarxında, dörd televiziya layihəsində, üç tammetrajlı filmdə və iki cizgi filmində çəkilməyə macal tapdı. Bu zaman Judith yaşından kiçik görünməmək üçün boy hormonu qəbul etməyə məcbur idi. 10 yaşında onun boyu cəmi 112 santimetr idi və bu səbəbdən onun canlandırdığı personajlar 7—8 yaşlı qız uşaqları idi.

Ailə problemləri 1986-cı ilədək, yəni Judith-in şöhrətinin yüksəldiyi dövrədək ailə rahat yaşayırdı. Judith dördüncü sinfə keçəndə onun qazancı 100 000 dollar olmuşdu və ailə bu pulla Kaliforniyanın West Hills məhəlləsində ev aldı.

Judith daha məşhur olduqca atası József daha çox spirtli içki içməyə və daha sərt olmağa başladı. Bir dəfə Judith-in boğazını bıçaqla kəsməyə cəhd etdi.

Sonralar József yüzlərlə dəfə qızını və arvadını öldürməyə cəhd etdi. Nəhayət, Maria mənzil kirayələdi və Judith özünü daha rahat hiss etsin deyə ana-qız ora köçdülər. 1987-ci ildə Judith və Maria Jaws: The Revenge filminin çəkilişləri üçün xaricə getdikdə József onlara zəng vuraraq geri qayıtmasalar, Judith-i öldürəcəyini demişdir. Bundan sonra Judith ağlayaraq resepsiyondan öz otağına qalxmışdır.

Ölümü 1988-ci il iyulun 25-də, bazar ertəsi günü József Judith yatarkən onun otağına girərək Judith-i başından vurub öldürdü, sonra isə həyat yoldaşını da öldürdü. 1988-ci il iyulun 27-də, çərşənbə günü evin qarajında yağ ilə cəsədləri və evi yandırdı, sonra özünü güllələyib öldürdü. Barsi ailəsinin ölmüş olduğunu 1988-ci il iyulun 29-da, cümə günü qonşuları Eunice Daly fərq etdi.Judith Barsi In Memoriam. Sayt. Arxiv nüsxəsi, 10 yanvar 2014.

Judith və anası 1988-ci il avqustun 9-da, çərşənbə axşamı günü Forest Lawn Hollywood Hills qəbiristanlığında qəbir daşı olmayan yerdə dəfn edildilər. Judith-in qəbir daşı 23 avqust 2004-cü ildə, anasının qəbir daşı isə 28 yanvar 2005-ci ildə qoyulmuşdur.

Ölümündən sonra

1989-cu ildə, Judith-in ölümündən bir il yarım sonra onun sonuncu filmi — All Dogs Go to Heaven ekranlara çıxdı. Burada məhz ölümdən sonrakı həyat mövzusu qaldırılırdı. Judith isə yetim qız Anne-Marie-ni səsləndirirdi. Qız finalda baş qəhrəmanın səyləri sayəsində onu sevən himayəçi valideynlər tapır. Final titrlərində bütün cizgi filminin leytmotivi olan «Love Survives» (az. «Sevgi sağ qalır») mahnısı səslənir. Bu mahnını ifa edən Irene Cara və Freddie Jackson onu Judith-ə ithaf etmişlər.

Filmoqrafiya Fatal Vision (18 noyabr 1984) Kids Don't Tell (5 mart 1985) Do You Remember Love (21 may 1985) There Were Times, Dear (oktyabr 1985) Eye of the Tiger (28 noyabr 1986) Jaws: The Revenge (17 iyul 1987) Slam Dance (6 noyabr 1987) The Land Before Time (18 noyabr 1988) All Dogs Go to Heaven (17 noyabr 1989)

Televiziya layihələri The Twilight Zone (1985) Rolu: Bertie Epizod: A Little Peace and Quiet (1-ci mövsüm, 2-ci seriya) Yayım tarixi: 27 sentyabr 1985 The Fall Guy (1981) Rolu: Balaca qız Epizod: Escape Claus (5-ci mövsüm, 8-ci seriya) Yayım tarixi: 21 dekabr 1985 Punky Brewster (1984) Rolu: Anna Epizod: Changes, Part 2 (2-ci mövsüm, 18-ci seriya) Yayım tarixi: 9 fevral 1986 Remington Steele (1982) Rolu: Laurie Beth Epizod: Suburban Steele (78-ci seriya) Yayım tarixi: 11 fevral 1986 Punky Brewster (1984) Rolu: Anna Epizod: Changes, Part 3 (2-ci mövsüm, 19-cu seriya) Yayım tarixi: 16 fevral 1986 Cheers (1982) Rolu: 1-ci uşaq Epizod: Relief Bartender (4-cü mövsüm, 23-cü seriya) Yayım tarixi: 27 mart 1986 Cagney & Lacey (1982) Rolu: Shauna Bard Epizod: Disenfranchised (6-cı mövsüm, 4-cü seriya) Yayım tarixi: 27 oktyabr 1986 Growing Pains (1985) Rolu: Balaca Carol Epizod: Graduation Day (3-cü mövsüm, 26-cı seriya) Yayım tarixi: 4 may 1988 St. Elsewhere (1982) Rolu: Debbie Oppenheimer Epizod: The Abby Singer Show (6-cı mövsüm, 20-ci seriya) Yayım tarixi: 18 may 1988

İstinadlar

Xarici keçidlər Judith Barsi In Memoriam (arxiv nüsxəsi, 10 yanvar 2014) Judith Barsi-nin xatirəsinə həsr olunmuş rəsmi sayt (arxiv nüsxəsi) Judith Barsi — Find a Grave saytında Judith Barsi — Vikianbarda

Kateqoriya:1978-ci ildə doğulanlar Kateqoriya:1988-ci ildə vəfat edənlər Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:ABŞ uşaq aktyorları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ kino aktrisaları Kateqoriya:ABŞ səsləndirmə aktrisaları Kateqoriya:Qətlə yetirilmiş uşaqlar Kateqoriya:ABŞ-də qətlə yetirilənlər Kateqoriya:Forest Lawn Memorial Park (Hollywood Hills) qəbiristanlığında dəfn edilənlər Kateqoriya:Macar əsilli amerikalılar