Boka (pyemontca: Bòca, lombardca: Boca) — İtaliyanın Pyemont regionunda, Novara əyalətində yerləşən şəhər və bələdiyyədir. Turin şəhərindən təxminən 90 km şimal-şərqdə, Novara şəhərindən isə təxminən 30 km şimal-qərbdə yerləşir.
Boka Kavallirio, Kuredjo, Qriqnasco, Maccora, Prato Sesia və Valduccia bələdiyyələri ilə həmsərhəddir.
Abidələr Bokanın ən mühüm dini tikililərindən biri Müqəddəs Xaç ziyarətgahıdır (Santuario del Santissimo Crocifisso). Bu, şəhərin ən böyük kilsəsidir. Qəsəbədə başqa kilsələr də vardır:
Parish kilsəsi; Məryəmə həsr olunmuş Mərhəmətli Məryəm kilsəsi; Müqəddəs Rokkoya həsr olunmuş kilsə; * Barakka qəsəbəsindəki Məryəm Ana kilsəsi (Chiesa della Madonna della Neve).
Ziyarətgahın yaxınlığında Monte Fenera təbiət parkı yerləşir.
Boka DOC şərabı Boka bələdiyyəsi Denominazione di origine controllata (DOC) mənşə nəzarətli şərab istehsalı ilə tanınır. Bu şərab istehsalı üçün 15 hektar üzüm bağı ayrılmışdır və burada bir növ qırmızı şərab hazırlanır.
Şərab 45–70% Nebbiolo, 20–40% Vespolina və ən çoxu 20% Uva Rara (yerli adı ilə Bonarda Novarese) üzüm sortlarının qarışığından hazırlanır. DOC şərabı üçün nəzərdə tutulan üzümlərin məhsuldarlığı hektarda 9 tondan çox olmamalıdır. Şərab satışa çıxarılmazdan əvvəl çəlləklərdə ən azı 2 il saxlanmalı, daha sonra butulkalarda əlavə 1 il yetişdirilməlidir. Boka DOC adı ilə satışa çıxarılan şərabın spirt faizi ən azı 12% olmalıdır.P. Saunders, Wine Label Language, səh. 128, Firefly Books, 2004.
İstinadlar
Xarici keçidlər Boka haqqında rəsmi sayt Boka bələdiyyəsinin rəsmi saytı
Kateqoriya:İtaliya şəhərləri