Efiopiyalı Arefa () və ya Haris bin Kəb (), həmçinin Nəcranlı Arefa () – xristian əzabkeşi. Ortodoks kilsəsində onun anım günü 24 oktyabr (6 noyabr), Efiopiya kilsəsində isə 26 xədar (22/23 noyabr) tarixinə təsadüf edir.

Həyatı O, Yəmənin Nəcran şəhərindəki xristian icmasının rəhbəri olmuşdur. Himyər-Həbəşistan müharibələri dövründə o, ölkənin iudaizmi qəbul etmiş hakimi Zü Nüvasın xristianlara qarşı həyata keçirdiyi təqiblər nəticəsində həlak olan minlərlə vətəndaşla birlikdə qətlə yetirilmişdir.

Arefa bu vəzifəyə Nəcran yepiskopu Pavelin vəfatından sonra gəlmişdi. O, ruhanisiz olaraq şəhərin və ətraf ərazilərin dünyəvi idarəçiliyini öz üzərinə götürmüşdü. Aksumla müharibə başlandıqda hökmdar Nəcranın bütün hərbi qüvvələrini çağırmış, lakin əsgərlər yolda ikən xristianların kütləvi şəkildə məhv edildiyini öyrənərək geri qayıtmışdılar. Bunu üsyan kimi qiymətləndirən hökmdar şəhəri mühasirəyə almışdı.

Şəhərin süqutundan sonra Arefa edam edilmiş, etiqadından dönməkdən imtina edərək öz əqidəsinə sadiq qalmışdır. Mənbələrdə onun və digər nəcranlıların yandılaraq və ya başı kəsilərək edam edildiyi qeyd olunur.

İstinadlar

Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:VI əsr xristian müqəddəsləri