Marta Luiza (; ) — Norveç kralı V Haraldın qızı, Norveç şahzadəsi.
Həyatı 22 sentyabr 1971-ci ildə Osloda dünyaya gəldi. Atası Norveç kralı V Olafın oğlu vəliəhd-şahzadə Harald, anası isə Sonya Haraldsendir. Doğulduqdan bir neçə ay sonra vəftiz edildi və ata-babası V Olaf, atasının xalası şahzadə Marqarita və onun oğlu qraf Flemminq, bibisi şahzadə Raqnild onun vəftiz valideynləri oldu.
Doğulduğu əsnada babası taxtda, atası isə vəliəhd-şahzadə idi. Atasının ilk övladı olmasına baxmayaraq taxt hüququ yox idi. Çünki Norveçdə 1990-cı ilədək Salik qanunları qüvvədə idi və monarx ailəsində doğulan qız uşaqları taxta çıxa bilməzdi. 1990-cı ildə monarxial sistemdə edilən dəyişiklik isə yalnız bu tarixdən etibarən doğulan qız uşaqlarına taxt hüququ verirdi. Bu səbəblə, Marta Luiza taxt sıralamasında özündən yaşça kiçik qardaşı şahzadə Haakon Maqnus və qızlarından sonra gəlir.
İlk təhsilini Osloda aldıqdan sonra Niderlandın Maastrixt şəhərində staj keçdi və sertifikatlı bir fizioterapist oldu. Ancaq bu istiqamətdə heç vaxt çalışmadı və xalq nağılları, folklor araşdırmaları sahəsində çalışdı. Digər yandan heyvanlarla və mələklərə danışa bildiyini iddia edən Marta Luiza, şəxsi terapiya mərkəzini açaraq fərdi fəaliyyətə başladı.
1 yanvar 2002-ci ildə öz istəyilə fərdi sahibkarlıqla məşğul olmağa başladı və atasının da razılığı ilə monarxial statusu əlindən alındı. Buna baxmayaraq şahzadə ünvanı daşımağa və bundan kommersial mənfəət qazanmağa davam etdi. Nəhayət, artan Oslo Kral sarayından edilən rəsmi açıqlamayla onun bir daha şahzadə ünvanını istifadə etməyəcəyi bəyan edildi.
24 may 2002-ci ildə yazıçı Ari Behnlə Tronheymdə evləndi. Cütlüyün bu nigahdan 3 övladı doğulsa da, 2017-ci ildə boşandılar.
Maud Angelika Behn (29 aprel 2003-) Leah Isadora Behn (8 aprel 2005-) Emma Tallulah Behn (29 sentyabr 2008-)
2019-cu ilin mayından etibarən Amerikalı şaman Derek Veretlə eşa yaşamağa başladı. Cütlük 2022-ci ilin iyununda nişanlandığını elan etdi və 31 avqust 2024-cü ildə evləndilər. Onların bu evliliyi isə Norveç medyasında birmənalı qarşılanmadı.
Qalereya
Mənbə
Ədəbiyyat
Underveis : et portrett av prinsesse Märtha Louise, 2001, . Fra hjerte til hjerte ("From Heart to Heart"), 2002 in collaboration with husband Ari Behn, is a book about their wedding, . Why Kings and Queens Don't Wear Crowns, 2005 in collaboration with Svein Nyhus (Illustrator), . Eventyr fra jordens hjerte: Rodinia, 2007 (as editor) in collaboration with Kirsti Birkeland and Kristin Lyhmann (Editors), . Englenes hemmeligheter: Deres natur, språk og hvordan du åpner opp for dem, 2012 in collaboration with Elisabeth Nordeng, .
İstinadlar
Kateqoriya:Norveç şahzadələri Kateqoriya:Norveç şəxsləri