Əlibəy Pənzullayev (; ) — Dağıstanlı hərbiçi və zadəgan. O, qumuq özdənlərindəndir (azad torpaq sahibi). Qafqaz müharibəsinin fəal iştirakçısı (1843–1861) və Rusiya ordusunun general-mayoru (1883) olub. XIX əsrin sonlarının görkəmli ictimai xadimi.

Həyatı Sankt-Peterburqdakı 1-ci kadet korpusunu bitirmiş, xidmətinə Qrebensk kazak alayında başlamışdır. 1839 ildə Əlahiddə Qafqaz Korpusunun tərkibində olmuş, 1841-ci ildə kornet rütbəsi almışdır.К. Алиев. Забытые герои забытых войн России / «Времена» 04.08.2009Список генералам по старшинству. Составлен по 1-е сентября 1896 года. — СПб., 1896, с. 498 1843-cü ildən hərbi əməliyyatlarda iştirak etmiş, 1844-cü ildə yaralandıqdan sonra əsir düşmüş (17 iyun – 19 avqust), lakin qaçmağa nail olmuşdur. 1845-ci ildə yenidən səngərdə (xidmətdə) olmuşdur. Ordunun yerli zabitlər haqqındakı məxfi məlumatlarında Qumuq dairəsinin digər hərbi qulluqçuları — Əbu-Müslüm Kaplanov, İnal Gebekov, Dövlət-Mirzə Şeyxəliyev, Alisultan Qazanalipov ilə birlikdə Əlibəy Pənzullayevin "canlı", "çox şüurlu", hərbi ləyaqət baxımından isə "cəsur" olduğu qeyd edilirdi.К. Алиев. Кумыки в военной истории России. Изд. «Дельта-Пресс». — Махачкала, 2010, С. 122 O, tabe olmayan dağlılara qarşı bütün hərbi əməliyyatlarda mərdlik və qəhrəmanlıq göstərmişdir, onu tam əsasla əsl döyüş zabitləri sırasına daxil etmək olar. 1849-cu ildə Şeyx Şamil əsir götürüldükdən sonra knyaz Aleksandr Baryatinskinin imamla danışıqları zamanı podpolkovnik Əlibəy Pənzullayev onun şəxsi tərcüməçisi olmuşdur. ..."Avqustun 27-də İmam Şamil və ailəsi düşərgədən yola salındı. Bir piyada batalyonu və draqun divizionunun konvoyu altında, polkovnik Trompovskinin və tərcüməçi Əlibəy Pənzullayevin müşayiəti ilə Xocal-mah, Kutişi, Cəngutay vasitəsilə Temirxan-Şuraya aparıldı, o, buradan böyük oğlu Qazı Məhəmmədlə birlikdə karetlə daha uzağa getməli idi".Istrodina.com. Журнал «Родина» 1/2000. Д. Милютин. Гуниб. Пленение Шамиля

İstefaya çıxdıqdan sonra Doğma Yaxsay kəndində yaşamışdır. Çar administrasiyası onu 550 desyatin qədim (dövlət) torpağı ilə mükafatlandırmışdır. Hakim Sеnatın 28 dekabr 1862-ci il tarixli və 240 nömrəli fərmanı ilə Əlibəy Pənzullayev irsi zadəganlıq hüququ ilə təsdiq edilmişdir.

Ailəsi 300px|thumb|right|eer Həyat yoldaşı — Anay (Xədicə) Osmanova. O, Rusiya imperatoru I Nikolayın Şəxsi Konvoyunda xidmət etmiş, sonralar Terek vilayətinin Qumuq (Xasavyurd) dairəsinin Aksay kəndinin starişinası (ağsaqqalı/bələdiyyə başçısı) olmuş aksaylı özden Ömər Osmanovun qızıdır. Həmçinin o, 1866–1875-ci illərdə Sankt-Peterburq Universitetinin şərq fakültəsində tatar dili (və onun qumuq ləhcəsi) və müsəlman qanunvericiliyi müəllimi olmuş, tanınmış şərqşünas, qumuq şairi və maarifçisi Məhəmməd-Əfəndi Osmanovun (1840–1904) bacısıdır.

Əlibəy Penzulayevin ailəsi: Oğlu — Mahmud, Tacəddin Penzulayev və Mühiddin Penzulayevin atası. Oğlu — Tacəddin. не подтверждается источниками Oğlu — Müridtin, onun nəvəsi Mahmud mühəndis olmuş, sonralar Alma-Atada yaşayıb işləmişdir.К. Алиев. Записки любителя родной истории//газета «Ёлдаш»/«Времена» 27.11.2009 Qızı — Tursun (Turşunay).

Hərbi rütbələri Kornet (01.12.1841) Poruçik (17.06.1844) Ştabs-kapitan (21.08.1845) Kapitan (27.08.1849) Mayor (29.12.1851) Podpolkovnik (22.01.1857) Polkovnik (08.09.1859) General-mayor (15.05.1883)

Təltifləri və mükafatları 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni (1845) Qılınclar və bantla birgə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni (1847) Qılınclarla birgə 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (1852) 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni (1852) "İgidliyə görə" yazılı Qızıl Şaşka (1859)Э. Э. Исмаилов. Золотое оружие с надписью «За храбрость». Списки кавалеров 1788—1913. — Москва, 2007, с. 251 Qılınclar və bantla birgə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (1860) 2-ci dərəcəli "Müqəddəs Anna" ordeninə imperator tacı və qılınclar (1862) 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (1888) 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (1901)Генеалогия Северного Кавказа. № 11. — Нальчик, 2004, С. 136

İstinadlar

Xarici keçidlər Камиль Алиев. Подвигами предков соткана наша история. Какие чеченцы стали казаками